Bilik Fondunda iqtisadçı alimlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 mart 2016-cı il tarixində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncam imzalayıb. Sərəncamın icrası istiqamətində hökumət strukturları tərəfindən müvafiq qərarlar qəbul edilir, müxtəlif  tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu nizamnaməsinə  uyğun olaraq, dövlət başçısının sözügedən sərəncamının şərhi, bu sahədə görülmüş işlərin təbliği ilə əlaqədar əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində mühazirələr təşkil etməyi nəzərdə tutur.

Bu məqsədlə Bilik Fondunda AMEA-nın İqtisadiyyat İnstitutu və Azərbaycan Dövlət İqtisad Unversiteti (ADİU) əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbiri fondun icraçı direktoru Oktay Səmədov açaraq qonaqları salamlayıb, fəaliyyət göstərdiyi üç ildən artıq bir dövrdə  Bilik Fondunun gördüyü işlərdən, maarifçilik missiyasından söhbət açıb. Bildirib ki, Bilik Fondu elmi biliklərin müxtəlif sahələri üzrə  bölgələrdə və paytaxtda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda fərqli və rəngarəng mövzularda mühazirələr təşkil edir, maarifləndirici tədbirlər həyata keçirir. İcraçı direktor bölgələrdə iqtisadiyyatla bağlı mövzularda mühazirələrlə çıxış etmək üçün dəvət olunan alim heyətini ölkə başçısının sərəncamından irəli gələn tapşırıqları birlikdə yerinə yetirməyə çağırıb.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev alimləri  fondun bu yaxınlarda keçirdiyi ideoloji mühazirələr və onların bölgələrdə yaratdığı əks-səda barədə məlumatlandırıb. Növbəti mühazirə dalğasında onları da fəal olmağa, aktuallığı ilə fərqlənən və yerli əhali üçün maraq kəsb edən mövzular təklif edib mühazirələrə qatılmağa dəvət edib. Aparat rəhbəri onu da diqqətə çatdırıb ki, mühazirələrin mövzuları həm onların təklifləri, həm də bölgələrdən gələn sosial sifarişlər əsasında müəyyən olunur.

Tədbirdə alimlərlə Bilik Fondunun rəhbərliyi arasında bu yöndə görüləcək işlər, mühazirələrin mövzuları və məkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Umidvar Əliyev indiyə qədərki təcrübəsi əsasında əhalinin iqtisadiyyatın hansı yönümlərində maarifləndirilməsinə ehtiyac olduğuna diqqəti yönəldib və müvafiq təkliflər irəli sürüb. Təkliflər müzakirə olunub və həmin mövzularda mühazirələr hazırlanmasına qərar verilib.

Universitetin kafedra müdiri Məhiş Əhmədov bildirib ki, Bilik Fondunun alim və tədqiqatçılarla birgə  gördüyü işlər cəmiyyətimiz üçün faydalıdır. Alim özünün bu işlərdə fəal iştiraka və təcrübəsini həmkarları ilə bölüşməyə hazır olduğunu bildirib.

ADİU-nun kafedra müdiri Əli Hacıyev ixtisaslaşdığı sahədə artıq bir çox mühazirə və elmi məqalələrinin, monoqrafiya və kitablarının olduğunu diqqətə çatdırıb. Əli müəllimin verdiyi təkliflər də geniş müzakirə olunub.

Universitetin nəzəri və praktiki iqtisadiyyat kafedrasının professoru Rasim Nəbiyev Bilik Fonduna bu gərəkli fəaliyyətində uğurlar arzulayaraq mühazirələrin, əsasən, əhali kütləsinin istəyinə hesablanmasının və mümkün qədər akademik üslubda deyil, sadə dildə auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Bilik Fondunun informasiya təminatı sektorundan bildirmişlər ki, sonda iqtisadi mövzularla bağlı bütün təkliflərin fonda təqdim olunması, yaxın zamanda silsilə mühazirələrə start verilməsi, dövlətin iqtisadi siyasəti ilə bağlı mühazirə mətnlərinin toplu halında nəşr edilərək geniş əhaliyə çatdırılması  qərara alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maarifçilik missiyası davam edir. 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında