Mühəndislik fəlsəfəsi. Məkan, Zaman və Yaranış haqqında elmi-fəlsəfi traktat

Texnika elmləri doktoru, professor, bir sıra xarici ölkələrin akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, “Science and Applied Engineering Quarterly” (İngiltərə) jurnalının baş redaktoru Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi. Məkan, Zaman və Yaranış haqqında elmi-fəlsəfi traktat” adlı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, müəllif bu elmi-kütləvi əsəri üçün traktat janrını seçərək, fəlsəfi təlimi yeni yanaşmadan – mühəndislik fəlsəfəsi mövqeyindən kütləviləşdirmək məqsədi ilə oxucuya məkan, zaman və yaranış haqqında qeyri-adi düşüncələrini çatdırır.

Traktat elmi-fəlsəfi düşüncənin məcmusu olaraq, bir sıra bazis fəlsəfi anlayışları - həyat və ölüm, insanın kainatda yeri, Yer ilə kosmos arasında əlaqəni və sair barədə fikirləri oxucuya anlaşıqlı formada təqdim edir. Kitabda dünyaya baxışın yeni paradiqmaları - xaos və fraktallar, fiziki vakuum və torsion (fırlanan) sahə, bioenerji informatikası və şüurun biokompyüteri və sair məsələlər diqqətə çatdırılır. Əsərdə elmi-fəlsəfi sübutlarla hər şeyin əsasında Fövqəlmühəndisin (Yaradanın) dayandığı izah olunur və bildirilir ki, onun ilahi düşüncələri Yaranışın harmonik modelini yaradır.

Elmin kütləviləşdirilməsi məqsədi ilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyası dövlət mükafatları laureatı, akademik Boris Qusevdir.


Qeyd edək ki, Əhəd Canəhmədov 10 monoqrafiyanın, 3 elmi kəşfin və 380-dən çox elmi məqalə və patentin müəllifi və həmmüəllifidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında