Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi yad edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülmüş akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları alimin I Fəxri xiyabandakı məzarını ziyarət edib, heykəlinin önünə əklil və gül dəstələri qoyublar.

İnstitutun akt zalında davam edən tədbirdə C.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru, akademik İradə Hüseynova çıxışında alimin həyat yolu və elmi fəaliyyəti barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, C.Əliyev elmi tədqiqatlarını 1951-ci ildən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası şöbəsində, 1971-ci ildən isə AMEA-nın Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparıb.

O, akademikin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıldığını diqqətə çatdırıb.

C.Əliyevin 500-dən artıq yüksəkixtisaslı kadr hazırladığını deyən İ.Hüseynova akademikin şəxsən 85 namizədlik və 14 doktorluq dissertasiyasına elmi rəhbərlik etdiyini vurğulayıb.

Sonda akademik C.Əliyevin elmi fəaliyyətindən bəhs edən “Əbədi çıraq” filmi nümayiş olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında