Cövdət Hacıyevin yubileyi qeyd olundu

Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi keçirilmişdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Qonaqlar əvvəlcə filarmoniyanın foyesində Cövdət Hacıyevin həyat və fəaliyyətinə dair fotosərgi ilə tanış olmuşlar.

Tədbirdə çıxış edən Firəngiz Əlizadə Cövdət Hacıyevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, yubiley gecəsi Azərbaycan Prezidentinin Cövdət Hacıyevin 100 illiyi ilə bağlı 7 fevral 2017-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq keçirilir.

Bildirilib ki, bəstəkarın yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd edilib: “Cövdət Hacıyev ölkəmizin musiqi mədəniyyətinin inkişafında müstəsna xidmət göstərmiş şəxsiyyətdir. Onun yaradıcılığı Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç ənənələrinin üzvü sintezi zəminində formalaşmışdır. Cövdət Hacıyev müxtəlif musiqi janrlarında – opera, simfoniya, kamera-instrumental, vokal və xor əsərləri yaratsa da, onun yaradıcılığında aparıcı janr simfoniya, ümumilikdə, simfonik musiqidir. Azərbaycan simfonizminin inkişafında Cövdət Hacıyevin xidmətləri təqdirəlayiqdir. Onun 8 simfoniyası, “Sülh uğrunda” simfonik poeması, bir çox kamera və xor əsərləri musiqimizin “qızıl fondu”na daxil edilib”.

Qeyd olunub ki, Cövdət Hacıyev uzun illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının rektoru və bəstəkarlıq fakültəsinin professoru kimi bütün səy və bacarığını yeni  musiqiçilər nəslinin yetişdirilməsinə sərf edib.

Yubiley gecəsi konsert proqramı ilə davam edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında