İKT-nin uğurlu tətbiqinə görə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatı

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrə şəhərində keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” (WSIS) forumunda təmsil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumatda deyilir ki, tədbirdə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi 8 nəfərlik Azərbaycan nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Sosial Müdafiə nazirliklərinin, Azərbaycan İnternet Cəmiyyətinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təmsilçiləri daxil olublar.

Forum informasiya cəmiyyətinin inkişafı üzrə müsbət təcrübələrin bölüşdürülməsinə, biliklərin yayılmasına, əməkdaşlığın genişlənməsinə, qabaqcıl inkişaf meyllərinin müəyyənləşdirilməsinə xidmət edir.

İyunun 13-də forumun rəsmi açılışı baş tutub. Plenar hissədə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haolin Jao, BMT-nin digər sahəvi təşkilatlarının rəsmiləri çıxış ediblər.

Yüksək səviyyəli müzakirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Belə ki, BTİ tərəfindən cari ilin 30 mart -30 aprel tarixlərində elan edilən müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Müsabiqədə iştirak edən 345  layihədən 143-ü dövlət sektoruna, 77-si biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə  aid olub.

Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə 90 “Çempion layihə” seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında yer alıb.

Mükafat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə təqdim olunub.

Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.

Qeyd edək ki, 3 ilə yaxındır ki, tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalı üzərindən təqdim olunur. Hazırda xidmət portalda ən çox istifadə olunan xidmətlərdən biridir. Belə ki, 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında