AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov: “Qafqaz xəritəsində XX əsrin əvvəllərinədək Ermənistan adlı dövlət olmayıb”

 “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətlı elmi maarifləndirmə və təbliğat kursları keçirilir.

İyunun 13-dən 19-dək davam edəcək kursda əsas məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, terror aktları, soyqırımı siyasətinin mahiyyəti, eləcə də Qarabağ həqiqətlərinin əhatəli öyrənilməsi, münaqişənin yaranma səbəbləri barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırmaq və bu barədə beynəlxalq aləmin məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

İlk məşğələdə kursların keçirilməsinin əsas məqsədi barədə məlumat verən  “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirdi ki, bundan əvvəl keçirilən kurslarda  müxtəlif təşkilatları təmsil edən nümayəndələr iştirak ediblər. Bu dəfə isə kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar. Onun sözlərinə görə, maarifləndirmə kursunda 7 televiziya kanalı, 11 qəzet və 4 informasiya agentliyindən 20 jurnalistin iştirakı nəzərdə tutulub.

E. Əhmədov  kurs müddətində  “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları: DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”, “Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)”, “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)”, “Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquq kontekstində”, “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzularında mühazirələr dinləniləcək.

İlk məşğələnin mühazirəçisi  AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik Yaqub Mahmudov Ermənistanın işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan, terror aktlarından danışmış, indiki Ermənistan dövlətinin İrəvan xanlığının ərazisində qurulduğunu bildirmişdir. Y.Mahmudov bildirmişdir ki, XX əsrin əvvəllərində Qafqaz xəritəsində Ermənistan adlı dövlət olmayıb. Bu dövlət Azərbaycanın ərazisində yerləşir.

Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “1905-1906-cı illərdə Cənubi Qafqazda azərbaycanlılara qarşı kütləvi qırğınlar” mövzusunda məruzə ilə çıxış etmiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

Kursların sonunda dinləyicilərə sertifikatlar təqdim ediləcək.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında