“Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub

İyunun 13-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin Gürcüstan təmsilçisi, Azərbaycan və Gürcüstan Jurnalistlər birliklərinin üzvü, Gürcüstanın əməkdar jurnalisti Şahismayıl Şəmmədoğludur.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ulu öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı istiqamətində xidmətlərindən danışıb. Xalqlarımız arasında güclü dostluq əlaqələrinin olduğunu deyən Ə.Amaşov deyib ki, bizim ortaq adət-ənənələrimiz var. Ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətləri əlaqələrimizi daha da möhkəmləndirir.

Mətbuat Şurasının sədri qeyd edib ki, tədbirin Milli Qurtuluş Gününə həsr olunması təsadüf deyil. Çünki Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan–Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyub.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan–Gürcüstan əlaqələrinin inkişafı 1994-cü ildə ulu öndər Heydər Əliyevin Gürcüstana səfəri ilə başlayıb. Böyük tarixi əhəmiyyətə malik bu səfər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verdi.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan–Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırıb. Hələ sovet dövründən Heydər Əliyev Gürcüstanla münasibətlərə xüsusi önəm verib.

Milli Məclisin deputatı Flora Qasımova bildirib ki, Azərbaycanla Gürcüstan arasında tarixi əlaqələr var, bizim aramızda heç bir problem yaşanmayıb. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dostluq münasibətləri bundan sonra daha da möhkəmlənəcək.

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, əməkdar jurnalist Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları gürcü və Azərbaycan dillərində nəşr edilmiş “Heydər Əliyev və Gürcüstan” kitabının əhəmiyyətindən, iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıblar.

Sonda çıxış edən müəllif Şahismayıl Şəmmədoğlu kitab haqqında ətraflı məlumat verib. O deyib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Gürcüstanın da daxil olduğu Qafqaz regionunu hər zaman sülhün, sabitliyin hökm sürdüyü, təhlükədən uzaq bir məkan kimi görmək istəyib. Ümummilli liderin Gürcüstana diqqət və qayğısı bu ölkədə hər zaman minnətdarlıqla qarşılanır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında