Azərbaycanlı deputatın kitabı qırğız dilində

Azərbaycan Milli Məclisinin deputatı, professor Cavanşir Feyziyevin qırğız dilində nəşr olunmuş “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabının Bişkekdəki Qırğız-Türk “Manas” Universitetində təqdimatı keçirilib.

Əsəri qırğız dilinə Bekten Dıykanbay tərcümə edib, redaktoru Mirlan Kaçkımbayevdir.Kitab “Turar” nəşriyyatında çap edilib, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov kitaba “Türk dövlətlərinin birliyi: reallıqlar və perspektivlər” sərlövhəli ön söz yazıb.

Mərasimi giriş sözü ilə açan universitetin rektoru, professor Səbahəddin Balçı “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” əsərinin türk dünyasının birliyi mövzusuna dərin və əhatəli aydınlıq gətirən əsər kimi təqdim edib, bu nəşrdən həm tələbələrin, həm də professor-müəllim heyətinin dərslik kimi istifadə edəcəklərini bildirib.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov “Manas” Universitetinin türk dünyası naminə səmərəli və məqsədyönlü fəaliyyətini alqışlayıb. Səfir Cavanşir Feyziyevin kitabının türk dünyasına birliyinə həsr olunan önəmli  əsər olduğunu bildirib. Diplomat deyib ki,“Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması məsələsinə həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır, türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, böyük İpək yolu siyasətinin, Avrasiya geosiyasətinin inkişafı tarixində türklərin rolu, Avrasiyanın “Türk konsensusu” yeni yanaşma kontekstində təhlil edilir.

Türkiyənın Qırğızıstandakı səfiri Metin Kılıç bu kitabın qırğız dilində nəşrini yüksək qiymətləndirib, türk dünyasının gəncləri üçün bu əsərin böyük faydası olacağını diqqətə çatdırıb.

Qırğızıstan parlamentinin deputatı, Qırğızıstan--Azərbaycan dostluq qrupunun rəhbərinin müavini Taalaybek Masabirov, Qırğızıstan Xarici İşlər Nazirliyinin məsul işçisi Rəhman Adanov və Qırğızıstanın səfiri, professor Nurlan Aytmurzayev kitabın Azərbaycan--Qırğızıstan humanitar münasibətlərində öz layiqli yerini tutacağını qeyd ediblər.

Milli Məclisin deputatı, Azərbaycan--Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin hələ 1995-ci ildə Qırğızıstana səfəri və “Manas” eposunun 1000 illiyi yubileyində iştirakı zamanı türk dünyası ilə bağlı dediyi fikirlər bu gün də öz aktuallığını saxlayır: “Tarix bizə türk dünyasının birliyi üçün şans verib, biz bu şansı qaçırmamalıyıq”.

Cavanşir Feyziyev bu əsəri yazmaq üçün uzun müddət türk tarixinə dair faktları araşdırdığını bildirib. Müəllif kitabda, həmçinin Türk Dövlətləri Birliyinin qlobal siyasi-iqtisadi, sosial-mədəni və humanitar birlik kimi təşəkkül tapmasının məqsədlərini, prinsiplərini və strategiyasını irəli sürdüyünü, əsərin bu günədək Azərbaycan dilindən başqa türk, qazax, rus və boşnak dillərində 10 mindən artıq nüsxədə çap edildiyini diqqətə çatdırıb.

Sonda kitabın imza mərasimi keçirilib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında