Finalda 7 nəfər yarışacaq

VI Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələrində gənc xanəndələr Molla Pənah Vaqifin qəzəllərini muğamlarımızın şirin avazları üstündə musiqi ictimaiyyətimizə təqdim etdilər. Sağlığında klassik söz ustadı kimi tanınan Molla Pənah Vaqif Qarabağ camaatının şeirə, sənətə necə böyük qiymət verdiyini bildirib. Vaqif nədən yazırsa-yazsın, məhəbbət və gözəlliyin tərənnümü onun şeirlərinin əsas qayəsini təşkil edib.

Ötən həftələrdə olduğu kimi, bu həftənin “Retro” proqramında daha bir sevimli xanəndəmiz Xalq artisti  Məmmədbağır Bağırzadə “Xatırlarsan məni” mahnısı ilə yad edildi. Sənət aləmində öz ifa tərzi seçilən Məmmədbağır Bağırzadə bu mahnı ilə sanki nisgilini bildirirdi. Elə bil, dünyanı tez tərk edəcəyi ürəyinə danmışdı. Ömür vəfa etsəydi, unudulmaz sənətkarımız yaradıcılığında daha çox işlər görə  bilərdi.

Ötən həftələrə nisbətən bu dinləmələrdə finala qalmış 7 ifaçıdan hər biri ən yüksək– 70 bal toplamaqla münsiflərin işini bir az da çətinliyə salmışdı. Belə ki, müsabiqənin şərtinə görə, ən az bal toplamış iddiaçı olmadığından heç kim müsabiqədə iştirakını dayandırmadı. Odur ki, finala nəzərdə tutulmuş 6 iddiaçı əvəzinə 7-si qaldı. İddiaçıların kimin hansı yerə çıxacağını iyun ayının 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək VI Muğam Televizya Müsabiqəsinin final çıxışlarında bəlli olacaq. Son həftənin yadda qalan ifaları bunlardır: Məcid Əsri “Rast”, Almaxanım Əhmədli “Şahnaz”, Pərviz Qasımov “Şikəsteyi Fars”, Valid Abdullayev “Rast”, Səma Sultanova “Bayatı İsfahan”, Nurlan Namazov “Mirzə Hüseyn segahı” və Rəvanə Əmiraslanlı “Mahur” .

Rafiq SALMANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında