Müsabiqə sona yaxınlaşır

Altıncı Muğam Televiziya müsabiqəsinin final mərhələsi üzrə dinləmələr neçə vaxtdır ki, uğurla davam edir. Müsabiqəni böyük həvəslə izləyənlərin sayının günü-gündən artdığının şahidi oluruq. Bunun başlıca səbəbi muğamın öz cazibə qüvvəsi ilə əlaqələndirilirsə, digər səbəbi yeni istedadlara artan maraqla bağlıdır. Münsiflərin tövsiyə və iradları, yaranan fikir müxtəlifliyi muğam xiridarlarının diqqətini cəlb etməyə bilməz.

Bu həftə tanınmış qəzəlxan Hacı Mail yad edildi. Xalqının ədəbi irsinə həssaslıqla yanaşması, əslində, onun vətəndaşlıq mövqeyindən irəli gəlirdi. Təsadüfi deyil ki, o qəzəllərinin birini “Mailin ünvanı Vətəndir” misrası ilə bitirir. 

Müsabiqənin hər bir dinləməsi gənc xanəndələrimiz üçün təkcə sınaq meydanı deyil, eyni zamanda, məktəb, təcrübə və ibrətdir. Çıxışlarını davam etdirməsindən və yarışma ilə vidalaşmasından asılı olmayaraq hər bir iddiaçı onların ünvanına deyilən fikir və tənqidlərdən lazımi nəticə çıxarır. Dinləmələrin əvvəlində görkəmli xanəndələrin lent yazılarının verilməsi və Azərbaycan klassik ədəbiyyatı nümunələrinin səsləndirilməsi, bütün Şərqdə məşhur olan şairlərin yaradıcılığı haqqında söhbətlərin aparılması gənc istedad sahiblərinin fəaliyyətinə təsirsiz ötüşmür.

Birinci onluğa daxil olan Valid Abdullayevin oxuduğu “Cahargah”, Səma Sultanovanın “Şahnaz”, Nurlan Namazovun “Segah” və Rəvanə Əmiraslanlının “Mirzə Hüseyn segahı” münsiflər tərəfindən ən yüksək 70 balla, Məftun Məmmədovun “Rahab” muğamı isə 63 balla qiymətləndirildi. İkinci onluğa daxil olan Məcid Əsrinin “Bayatı-şiraz”, Almaxanım Əhmədlinin “Zabul” və Pərviz Qasımovun “Şahnaz” muğamı da ən yüksək bal topladı. Ən az bal toplamış Məftun Məmmədov müsabiqənin şərtlərinə görə yarışmanı dayandırdı.

Rafiq SALMANOV,
 “Xalq qəzeti”
(Foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında