Gəncədə beynəlxalq musiqi festivalı

“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Nizami yurdunda Müstəqil Dövlətlər Birliyi ölkələrinin  Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib.

Əvvəlcə şəhərdəki Məhsəti Gəncəvi Muzeyində Gəncə Musiqi Kollecinin və Gəncə Dövlət Universiteti tələbələrinin iştirakı ilə “Gənc istedadlar” adlı konsert proqramı təşkil olunub.Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqomayev kimi dahi bəstəkarların əsərləri ilə yanaşı xarici musiqi nömrələrini də məharətlə ifa edən gənclər layihəyə qatılmağın onlar üçün böyük əhəmiyyət daşıdığını bildirmişlər.

Sonra Heydər Əliyev Park-Kompleksində yerləşən amfiteatrda keçirilən konsert proqramında N.P.Osipov adına  Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının məşhur “Bazmoro” rəqs ansamblı, Belarus Respublikasının Əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Bakı şəhərindən gələn tanınmış incəsənət ustaları – Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artistləri Abbas Bağırov, Nərgiz Kərimova, Gülüstan Əliyeva, Təyyar Bayramov, Səbuhi İbayev, İlham Nəzərov və başqaları öz ifaları ilə Nizami yurdu sakinlərini sevindiriblər.

Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən festival iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, 2016-cı il sentyabr ayının 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan edilib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında