“APA Holding”in əməkdaşına İslamiadada “Ən yaxşı foto” müsabiqəsinin qalibi mükafatı təqdim olunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları  zamanı çəkilmiş ən yaxşı fotonun müəllifinin mükafatlandırılması mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, müsabiqənin qalibi olmuş “APA Holding”in əməkdaşı Nicat Əlili hədiyyəsini alıb.

Ona mükafatı “Reuters” agentliyinin keçmiş foto redaktoru, 1996-cı il Atlanta və 2000-ci il Sidney Olimpiya Oyunlarının foto rəhbəri Gari Kemper təqdim edib. Təcrübəli mütəxəssis Əlilinin şəklinin ekspert qrupu tərəfindən ən yaxşı foto seçildiyini açıqlayıb.

Onun sözlərinə görə, bu foto digərlərini aşkar şəkildə üstələyib: “Mən foto seçkisi zamanı fərqliliyə üstünlük verirəm. Nicatın çəkdiyi şəkil də tam fərqli olub. Bunu ­“Reuters” agentliyi səviyyəsində ən yüksək qiymətə layiq foto kimi qiymətləndirmək mümkündür”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında