Müsabiqəyə yekun vurulmuşdur

Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, professor Səid Rüstəmovun anadan olmasının 110 illik yubileyi münasibətilə “Xalq çalğı alətləri” ifaçıları arasında keçirdiyi müsabiqənin yekun konserti olmuşdur.

Tədbirin başlanğıcında  Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov görkəmli bəstəkar, dirijor, pedaqoq, musiqi mədəniyyətimizin yaradıcılarından olan Səid Rüstəmovun həyatı, pedaqoji fəaliyyəti, tədris, vokal-instrumental əsərləri, musiqili komediyaları, xalqın məhəbbətini qazanmış, dillər əzbəri olmuş sevilən mahnıları haqqında söz açmış, tədbir iştirakçılarını, qonaqları, müəllimləri, müsabiqə qaliblərini  təbrik etmişdir.

 Tələbə-ifaçılar arasında seçilən müsabiqə qaliblərinə təntənəli surətdə  Musiqi Kollecinin Fəxri fərmanları, diplomlar, mükafatlar, hədiyyələr təqdim olunmuşdur.

  Konsertdə müsabiqənin qalibləri Solmaz Rəhimova (“Konsert” I hissə,), Məmmədəli Məmmədov (“Sevirəm səni”), Hacı Həsənzadə (“Oxy tar”), Fatimə Tahirzadə” (“Konsert” III hissə,), Minəxanım Əliyeva (“Süita-3), Bəxtiyar Bəndəliyev (“Hardasan”), Aytac Əsədova (“Konsert” II hissə), Nərminə Səmədova (“Haralısan”), müəllimlər – Əməkdar artist Rəna Əliyeva (“Qurban adına”), beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicatın (“Sürəyya”)  ifalarında Səid Rüstəmovun  əsərləri səslənmişdir. Tələbə və müəllimlərin çıxışları alqışlarla qarşılanmışdır.

Nəfəs və zərb alətləri kvintetinin (bədii rəhbər Əməkdar incəsənət xadimi Əlibala Rzayev), beynəlxalq  və respublika müsabiqələrinin laureatlarının təntənəli ifasında Vasif Adıgözəlovun “Gözəl Bakı” əsəri ilə konsertə yekun vurulmuşdur.

 Sonda görkəmli bəstəkarın qızı  Rəna Rüstəmova ailələri adından konsertin yüksək səviyyədə təşkilinə görə Musiqi Kollecinin rəhbərliyinə, müəllimlərə, tələbələrə, müsabiqə qaliblərinə, tədbir iştirakçılarına  minnətdarlığını bildirmiş, gənc ifaçılara yeni uğurlar arzulamışdır.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında