Azərbaycanla Almaniya birgə layihələr reallaşdırmaq niyyətindədir

Son illər Almaniya ilə  mədəni əlaqələrin genişlənməsinə xüsusi diqqət  yetirilir. Bu günlərdə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri üzrə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri xanım Karin Strenzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə  də bu məsələ müzakirə edilmişdir.

 Görüş zamanı nazir xanım Karini salamlayaraq, ölkəmizə səfərini yüksək qiymətləndirmiş və mayın 4-6-da Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonağa məlumat verərək tədbirin əhəmiyyətindən bəhs etmişdir.

Xanım Karin Strenz Azərbaycan-Almaniya əlaqələrinin genişləndirilməsi, eləcə də Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılması istiqamətində görülən işlər haqqında Bundestaqın məlumatlandırılmasının əhəmiyyətindən söhbət açmışdır. Azərbaycanın turizm potensialının, təbiətinin tanıdılması istiqamətində də gələcəkdə birgə işlər görülməsi, eləcə də Almaniyanın Höte Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsi aparılması və bu çərçivədə mədəni əlaqələrin genişləndirilməsi təklifini irəli sürmüşdür.

Nazir Əbülfəs Qarayev Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama uyğun olaraq,  həyata keçirilən layihələr və görüləcək tədbirlər barədə məlumat vermiş, bu işdə Almaniya hökumətinin də yaxından iştirakının əhəmiyyətini xüsusi vurğulamışdır. Bu çərçivədə birgə sərgi və festivalların təşkili, turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqla alman abidələrinin qorunması, bərpası və təqdim edilməsində birgə fəaliyyətin vacibliyi qeyd olunmuşdur.

Almaniyanın Berlin şəhərində hər il təşkil olunan “İTB Berlin” beynəlxalq turizm sərgisində Azərbaycanın yüksək səviyyədə iştirakı və gələcək illərdə də turistlərin artırılması istiqamətində həmin sərgilərdə Azərbaycanın təqdimatla iştirak etməyə hər zaman hazır olduğu bildirilmişdir.

Bununla yanaşı, görüşdə gələcəkdə ölkələr arasında birgə əməkdaşlıq məsələlərinin daha da genişləndirilməsi   müzakirə olunmuşdur.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında