Forum çərçivəsində UNESCO-Şarjah mükafatı təqdim edilib

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatının təqdimat mərasimi keçirilib.

Tədbiri açan UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatı barədə məlumat verib. Bildirilib ki, 1998-ci ildə təsis olunan mükafat hər il ərəb mədəniyyətinin və incəsənətinin inkişafında xidmətləri olan iki şəxsə verilir. Bu mükafata namizədlər ərəb mədəniyyətinin dünya miqyasında inkişafına, yayılmasına və təşviqinə əhəmiyyətli töhfələr verməlidirlər.   

Fransanın Yuxarı Elzas Universitetində medievalist, “Strasbourg-Mediterranee” Festivalının prezidenti Miriam Şopin bildirib ki, mükafata laureatlar UNESCO-nun baş direktoru tərəfindən beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinin tövsiyəsi əsasında seçilir. Bu gün dünyanın üzləşdiyi qloballaşma, dərin siyasi dəyişikliklər və sosial mutasiya fonunda bu mükafat tam olaraq qarşılıqlı anlaşma dəyərlərini təcəssüm etdirir.

Şarjah İncəsənət Fondunun mədəniyyət və informasiya şöbəsinin sədri Abdullah əl-Ovais deyib ki, Şarjah mükafatı ərəb mədəniyyətinin təşviqi üçün təqdim olunur. Bu, ərəb dünyası alimlərinin əsərlərinin beynəlxalq miqyasda tanınmasına zəmin yaradan mükafatdır. Beynəlxalq təşkilatlar tərəfindən tanınan bu mükafatın təqdimat mərasiminin belə nüfuzlu tədbirdə keçirilməsi müxtəlif mədəniyyətlərdən olan insanların diqqətini ərəb dünyasının alimlərinin əsərlərinə yönəltməyə kömək edəcək.

UNESCO-Şarjah mükafatı laureatı rəssam El Seed Faouzi öz əsərlərində ərəb dünyasına xüsusi yer verdiyini bildirib. Fransada böyüməsinə baxmayaraq, ərəb mədəniyyətinə vurğun olduğunu deyən El Seed Faouzi əsərləri ilə İslam incəsənətinə töhfə verməkdən məmnun olduğunu qeyd edib.

Digər laureat musiqiçi Şamma Nasir musiqi vasitəsilə ərəb mədəniyyətinin inkişafına töhfə verdiyi üçün xoşbəxt olduğunu deyib. Qeyd edilib ki, mədəniyyətlərin inkişafı, yayılması üçün musiqidən istifadə etmək çox əhəmiyyətli ola bilər. İfa etdiyi musiqi aləti vasitəsilə bu prosesə dəstək verdiyini deyən Şamma Nasir müxtəlif ölkələrə səfər etdiyini, həmin ölkələrdə gənclərə bu sənətinin sirlərini öyrətdiyini bildirib. Diqqətə çatdırıb ki, gənclər incəsənəti daha tez qavrayırlar. Buna görə də gələcəkdə incəsənət vasitəsilə ərəb mədəniyyətinin inkişafına töhfə vermək üçün onların istedadlarını üzə çıxarmaq zəruridir. 

Çıxışlardan sonra Şəmma Nasirin və azərbaycanlı tarzən Şəhriyar İmanovun ifasında musiqilər səsləndirilib.  

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında