Bakı Forumu çərçivəsində “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olub

Mayın 6-da Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO tərəfindən nəşr edilən “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olub.

Tədbirin moderatoru UNESCO-nun sosial və humanitar elmlər sektorunun dialoqun tarixi və yaddaşı şöbəsinin müdiri Ali Musa İye kitab haqqında məlumat verib. Bildirilib ki, kitabın ilk nəşri 1954-cü ildə - UNESCO yarandıqdan az sonra işıq üzü görüb. Bu toplu İslam mədəniyyətinin kompleks tarixini və ümumi coğrafi görünüşünü təqdim etmək üçün UNESCO-nun elm komitəsinin üzvləri, redaktorlar və müəlliflər arasında aparılan dərin akademik mübadiləni əks etdirir.

Sonra çıxış edən UNESCO-nun və Ərəb Liqasının dərsliklər (tədris vəsaitləri) üzrə eksperti Favzia əl-Aşmavi İslam dünyasında qadınların rolundan danışıb. İslam cəmiyyətində qadınların rolunun getdikcə gücləndiyini bildirən ekspert deyib: “Orta əsrlərdə ərəb dünyasında qadınların ictimai-siyasi həyatda iştirakı çox zəif idi. XIX əsrdən başlayaraq, müsəlman ölkələrində qadınların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm islahatlar aparılıb. Hazırda İslam dünyasında qadınlara böyük önəm verilir. Bu gün onlar cəmiyyətin müxtəlif sahələrində, o cümlədən siyasi, iqtisadi, təhsil sahəsində fəal rol oynayır, öz ölkələrində, hətta beynəlxalq təşkilatlarda yüksək vəzifələr tuturlar”.

 “İslam Da’wa” Təşkilatının baş katibi Ali Abdulrahim kitabın yalnız tarixi deyil, müxtəlif mövzuları əhatə etməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, nəşrin müəlliflərinə bu barədə təkliflər verdiyini və təkliflərinin nəzərə alındığını deyib. Məlumat verilib ki, kitabın hazırlanmasına təxminən 150 elm xadimi, o cümlədən müxtəlif ölkələrdən siyasətçilər, iqtisadçılar, filosoflar və ekspertlər cəlb olunub. 

Ali Abdulrahim qeyd edib ki, vahid yanaşma tərzi və plüralizmə əsaslanan perspektiv baxımından, altı cildlik toplu İslam mədəniyyətini daha yaxşı tanımağa imkan verir. Kitab həm mədəniyyətlər, həm də dinlər arasında dialoqun təşviqi üçün əhəmiyyətli vasitədir.

Sonda kitabla bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında