Bakıda Azərbaycan xalçasına həsr edilmiş sərgi açılıb

Mayın 5-də Müasir İncəsənət Muzeyində Vüqar Muradovun "Bənzəmə" adlı fərdi sərgisinin açılışı olub.

Xalq rəssamı Arif Hüseynov sərgini açaraq vurğulayıb ki, V.Muradov istedadlı Azərbaycan rəssamlarından biridir, onun əsərləri özünəməxsusluğu ilə seçilir. Bu sərginin fərqləndirici cəhəti onun Azərbaycan xalçası mövzusunda olmasıdır. Rəssamın 16 əsərinin hər biri özündə Azərbaycan xalçaçılıq sənətinin hansısa nümunəsini əks etdirir. A.Hüseynov sərginin müvəffəqiyyət qazanacağına əmin olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, sərgi mayın 21-dək davam edəcək.

Xatırladaq ki, V.Muradov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının, Karikaturaçılar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının (The International Federation of Artists UNESCO) üzvüdür. O, bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Rəssamın əsərləri ABŞ, Türkiyə, İtaliya, Almaniya, Niderland, Belçika, Lüksemburq, İran və bir sıra digər ölkələrdə nümayiş etdirilib və şəxsi kolleksiyalarda saxlanılır.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında