“Qurani-Kərim”in qədim nəşrlərinin sərgisi

Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,“İBRƏT” ictimai-dini redaksiyası  və  Milli Kitabxana birgə “İslam Həmrəyliyi ili”  ilə əlaqədar bölgələrdən toplanmış “Qurani-Kərim” kitablarından ibarət “Qədim tarixi Quran kitabları” sərgisinin açılış mərasimini keçirmişdir.

Milli Kitabxanada  keçirilən  tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov çıxış  edərək bildirdi ki, Prezident  İlham Əliyev tərəfindən  “İslam Həmrəyliyi ili” elan olunması ilə bağlı respublikada  silsilə tədbirlər keçirilir. O, qeyd etdi ki, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi İslam həmrəyliyinə mühüm töhfə  olacaq. Bu gün sərgilənən kitabların əhəmiyyətini qeyd edən direktor Quranın İslam dininin müqəddəs və əsas kitabı olduğunu diqqətə çatdırdı. Quranın insanları sülhə, ədalətə, mehribanlığa, dostluğa, elmə dəvət edən səmavi kitab olduğunu söylədi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə “İslam Həmrəyliyi ili”nin bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırdığını, Prezident İlham Əliyevin  “İslam Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənclərin, media mənsublarının həmrəyliyi günləri olacağı”  fikrini tədbir iştirakçılarına bir daha xatırlatdı.

İraqın Nəcəf şəhərindən olan qonaq, tarix üzrə elmi araşdırmaçı Hüseyn Əbdül Mehdi, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Valeh  öz çıxışlarında  Azərbaycanın bölgələrində qorunan qədim  tarixə malik  “Qurani- Kərim” kitablarının toplanmasından, Quranın bütün müsəlmanlar üçün vacibliyindən irəli gələrək bu  kitabların araşdırılması və qorunması haqqında apardıqları müzakirələrdən, sərginin əhəmiyyətindən  danışdılar, müqəddəs  kitabların toplanaraq belə bir sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildirdilər.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında