Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələləri diqqət mərkəzində

Bu gün Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayır. Bundan əvvəlki Dialoq Forumu işinə başladığı gündən üç həftə sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Bu gün isə həmin tarixdən iki il sonra, ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycan Prezidentinin vurğuladığı kimi, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq".

 IV Dünya Mədəniy-yətlərarası Dialoq Forumunun proqramı olduqca zəngindir. Forum, canlı olaraq 8 dildə BMT-nin saytı vasitəsilə yayımlanacaq. Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Onların iştirakı ilə 40-dan çox dinləmələr təşkil olunacaq.

Forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media kimi mövzularda plenar iclaslar və panel sessiyalar keçiriləcək. Həmçinin, builki forumda parlament rəhbərləri də iştirak edəcəklər.

Paytaxt Bakı forum çərçivəsində dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini bir daha vermiş olacaq. Bu forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirir və mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu oynayır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında