“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi konfrans

Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda ikinci respublika elmi konfransı keçirilib.

Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Konfransı AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib.

Sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Heydər Əliyevin azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət məsələləri” adlı məruzə ilə çıxış edib. Heydər Əliyevin böyük şəxsiyyət olduğunu vurğulayan, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətlərini diqqətə çatdıran akademik İsa Həbibbəyli ulu öndərin azərbaycançılıq təlimindən, ədəbiyyat və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açıb.

Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi şərəfli mübarizə yolundan danışıblar.

Konfrans bölmələr üzrə işini davam etdirib.

Tədbirdə, həmçinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunun, onun mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğur və müvəffəqiyyətləri, dövlətçiliyimiz yolunda misilsiz xidmətlərini, elm, ədəbiyyat, incəsənətin inkişafı üçün göstərdiyi qayğı və sevgini əks etdirən təqdimatlar nümayiş etdirilib.

Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri, həmçinin ulu öndərin müəllifi olduğu və ona həsr olunmuş kitablardan ibarət sərgi açılıb.

Sonda Ədəbiyyat İnstitutunun elektron konfrans zalında tədbirin yekun yığıncağı keçirilib, konfransın işi yüksək dəyərləndirilib.

Səmərəli keçən konfransda iştirakçılara “Heydər Əliyev” döş nişanları təqdim edilib. Tədbirdə ən yaxşı 9 məruzə sahibinə İsa Həbibbəylinin və Asif Usubəliyevin imzası ilə diplomlar təqdim olunub. Həmçinin konfransın təşkil edilməsində fəal iştirak edən əməkdaşlar xüsusi sertifikatlarla mükafatlandırılıblar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında