“Milli adət-ənənələrimizi yaşadaq”

Azərbaycan Dillər Universitetində (ADU) milli dəyərlərimizin qorunması təşəbbüsünə müvafiq olaraq “İslam Həmrəyliyi ili” çərçivəsində “Milli adət-ənənələrimizi yaşadaq” adlı növbəti ədəbi-musiqili tədbir və “Azərbaycan inciləri” adlı festival keçirilib. Qeyd edək ki, hər zaman adət-ənənələrimizi yaşadaraq gələcək nəsillərə ötürmək missiyasını layiqincə yerinə yetirən ADU-da artıq ənənə halını alan bu təşəbbüsün başlıca məqsədi universitetdə tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soykökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev tədbir iştirakçılarının Azərbaycan musiqisinə, muğamına qiymət verən insanlar olduğunu qeyd edib. Bildirib ki, tədbir zamanı hər kəs bir daha Azərbaycan mədəniyyəti və musiqisinin möhtəşəmliyinin şahidi oldu: “Milləti tanıdan bir çox milli komponentlər vardır ki, onlardan biri də musiqidir. Musiqi elə bir elementdir ki,onun tərcüməyə ehtiyacı yoxdur, çünki o, hisslərlə bağlıdır”.

Ə.Abdullayev milli sərvətimiz olan muğamımıza Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısını ön plana çəkərək bu diqqət sayəsində muğam sənətinin yüksək zirvəyə çatdığını söyləyib. Daha sonra tədbirin məqsədi, mahiyyəti və gənc nəslin milli ruhda tərbiyə olunmasına verdiyi töhfələrdən bəhs edib və belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini bildirib. O, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrinə məxsus stendlər nümayiş etdirilib, milli musiqimizdən nümunələr səsləndirilib. Tədbir çərçivəsində universitetin foyesində Nəsimi rayonunda yerləşən 35 saylı tam orta məktəbin şagirdlərinin əl işləri də sərgilənib. Tədbir xarici və yerli qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

ADU-nun informasiya departamentindən bildiriblər ki, “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələri hər ayın bir günü dərsə müxtəlif çalarlı milli geyim və ya onun hər hansı bir elementini əks etdirən tərzdə gəlirlər. İndiyədək həmin günlə əlaqədar universitetdə müxtəlif ali təhsil müəssisələrinin rektorları, tanınmış KİVnümayəndələri, xarici ölkələrin respublikamızdakı səfirlikləri və QHT təmsilçilərinin iştirakı ilə bir neçə ədəbi-musiqili tədbir keçirilib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında