Astarada tanınmış şair və alimin yubileyi çalışdığı məktəbdə qeyd olunub

Astara rayonunun Şiyəkəran kəndində dünyaya göz açan, məzunu olduğu bu kənd məktəbində 40 ildən bəri müəllimlik edən tanınmış şair, alim, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlunun 60 illik yubileyi qeyd olunub. 

AZƏRTAC xəbər verir ki, yubiley mərasimində yazıçı-publisist Hacı Nərimanoğlu, Əməkdar jurnalist Avdı Qoşqar, Əməkdar müəllim Hüseyn Şahbəndəyev, tanınmış pedaqoq Şakir Paşayev və başqaları çoxlu sayda şeir, ədəbi-tənqidi məqalə və esselər kitabının müəllifi olan Mehman Qaraxanoğlunun ədəbi, elmi-pedaqoji fəaliyyətindən danışıblar.

Qeyd olunub ki, M.Qaraxanoğlu mənsub olduğu talış xalqının mədəniyyətinin tədqiqatçısı olmaqla yanaşı, həm də cənub bölgəsində azərbaycançılıq ideologiyasının ardıcıl təbliğatçılarından biridir. O, “Multikulturalizm” jurnalının redaksiya heyətinin üzvüdür. “Kitabi-Dədə Qorqud” boylarını talış dilinə çevirib, cənub bölgəsi yazarlarının yaradıcılığından seçmələrin toplandığı almanaxların tərtibçi müəllifidir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında