Akademik Zərifə Əliyeva qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanıb

Aprelin 26-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə nümayəndəliyin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarının üzərinə tər çiçəklər qoyublar.

Sonra daimi nümayəndəlikdə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Zərifə Əliyevanın mənalı və şərəfli həyat yolu barədə məlumat verib, onun peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim olduğunu söyləyib. O, həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, göz xəstəliklərinin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq Zərifə xanımın öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb. İnsanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə Əliyeva istər elmi fəaliyyətində əldə etdiyi uğurlarla, istərsə də şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə daim ailəsinin və Vətəninin adını ucaldıb.

Bəxtiyar Əsgərov Zərifə xanımı Azərbaycan xalqının unudulmaz işıqlı şəxsiyyəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə dünyada xalqımızın əsl ideal xanım obrazını yaratdığını, bu əziz insanın xatirəsinin dünyaca tanınmış həkim, novator alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını və yaşayacağını qeyd edib.

Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, Zərifə Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi ­şəxsiyyətin- ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Bu gün Zərifə xanımın ruhu şaddır. Çünki ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikasının inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına səbəbkar olan insan məhz onun əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı və cəmiyyətimizə bəxş etdiyi övladı, dünya şöhrətli Prezidentimiz İlham Əliyevdir.

Bəxtiyar Əsgərov Zərifə Əliyevanın xatirəsinin Naxçıvanda həmişə yüksək tutulduğunu, layiqincə xatırlandığını vurğulayıb, onun həyat yolunun, elmi fəaliyyətinin tez-tez işıqlandırıldığını, gözlərə nur bəxş etmiş akademikin doğma torpağında – Naxçıvan Muxtar Respublikasının hər guşəsində adını daşıyan xəstəxana, poliklinika, məktəb, park və s. olduğuna diqqət çəkib, hər il elmi müəssisə və ictimai təşkilatlarda görkəmli oftalmoloq alimin irsinin xüsusi öyrənildiyini qeyd edib.

O, bütün bu məsələlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi diqqətində olduğunu vurğulayıb. Eyni zamanda, bildirib ki, Zərifə Əliyevanın dövrünün böyük ziyalısı, dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi, sayılan-seçilən bir ailənin üzvü olması gələcəkdə onun müqəddəs bir missiyanın öhdəsindən gələcəyinə zəmin yaradıb.

Bəxtiyar Əsgərov, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncam və təsdiqlənmiş tədbirlər planının icrası barədə də danışıb.

Anım tədbirində digər çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə fikirlərini bölüşüblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında