Akademik Zərifə Əliyevanın ad gününə həsr olunan rəsm sərgisi

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın ad günü münasibətilə “Qalereya-69” sərgi salonunda “Qadın obrazları Azərbaycan rəssamlarının gözü ilə” adlı sərginin açılış mərasimi keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və “Qalereya-69”-un birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Nəsimi rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə işçiləri, respublika ziyalıları iştirak etmişlər.

Sərgi salonuna toplaşan qonaqları salamlayan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görkəmli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Natiq qeyd etmişdir ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Zərifə xanımın xatirəsinə həsr olunan sərginin yüksək səviyyədə təşkilindən danışmış, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.

 Xalq rəssamı Oqtay Sadıxzadənin “Zərifə xanım Əliyevanın portreti” əsəri sərgi iştirakçılarının diqqətini daha çox cəlb etmişdir. Sərgidə 36 rəssamın anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərləri nümayiş etdirilmişdir. Bu əsərlər arasında Azərbaycan rəssamlarından Tahir Salahovun, Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Baba Əliyevin, Ağa Mehdiyevin, Xalidə Səfərovanın, Elçin Orucovun, Sənan Abusəmədzadənin yaratdıqları rəsmlər yer almışdır.

Sərgi bir neçə gün davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında