Molla Pənah Vaqifin yubiley tədbirləri davam edir

Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Milli Kitabxana ilə birgə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimat mərasimini keçirmişdir.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirmişdir ki, Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi UNESCO-nun yubileylər proqramına daxil edilmiş, 2017-ci il TÜRKSOY təşkilatı tərəfindən “Molla Pənah Vaqif ili” elan olunmuşdur. “Molla Pənah Vaqif ili”nin açılış mərasimlərinin Türkiyənin Ankara və Sakarya şəhərlərində keçirildiyi diqqətə çatdırılmışdır.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev yubiley tədbirlərinin ölkənin əksər regionlarında keçirildiyini və davam edəcəyini vurğulamışdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləmişdir ki, oxuculara təqdim olunan bu kitab görkəmli şairin həyat və yaradıcılığına dair çap olunan ilk fundamental tədqiqat əsəri hesab oluna bilər.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Molla Pənah Vaqif ili” ilə əlaqədar türkdilli ölkələrdə və TÜRKSOY-da keçiriləcək tədbirlərdən, TÜRKSOY-un dəstəyi ilə çap olunacaq “Molla Pənah Vaqifin 9 şeiri” kitabında şairin şeirlərinin türk xalqlarının dillərinə tərcümə edilərək çap olunacağından danışmışdır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in redaktoru Rəşad Məcid, Slavyan Universitetinin professoru, tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Qazaxıstan Respublikasından olan qonaq Novruz Baykadimov və başqa çıxış edənlər M.P.Vaqifin yaradıcılığı haqqında danışmışlar.

Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova tərəfindən təqdim olunan “Molla Pənah Vaqif ” adlı elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Sonda tədbir iştirakçıları şairin həyat və yaradıcılığını özündə əks etdirən “Molla Pənah Vaqif -300” adlı geniş kitab sərgisi ilə tanış olmuşlar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında