Xalq artisti Yaqub Məmmədovun xatirəsi anıldı

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Konservatoriyasının birgə həyata keçirdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqi məclisləri layihəsi çərçivəsində Ağcabədi rayonunun Mədəniyyət Mərkəzində  görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilmişdir. Bu  barədə Milli Kitabxanadan məlumat verilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbirin əhəmiyyətindən, muğamın, bütövlükdə, mədəniyyətin inkişafına  dövlət  qayğısından danışmışdır. Sonra  Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Sirlər xəzinəsi” layihəsi haqqında qısa məlumat vermiş, ilk iki tədbirin dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuliyə və XIX əsrin görkəmli şairi Xurşidbanu Natəvana həsr edildiyini, Beynəlxalq Muğam Mərkəzində və Milli Kitabxanada keçirildiyini bildirmişdir.

Yaqub Məmmədov yaradıcılığı haqqında ətraflı məlumat verən Xalq artisti Arif Babayev onun Qarabağ xanəndəlik məktəbinin yetirməsi olduğunu, Seyid Şuşinskidən muğam dəstgahlarının, sənətin sirlərini öyrəndiyini, həm də Azərbaycan poeziyasını dərindən bildiyini söyləmişdir.

Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Gülhüseyn Kazımlı, rayonun ziyalısı Əbülfət Tapdıqov,  ağsaqqal Seyid Rasim xanəndə haqqında xatirələrini danışmışlar.

Milli Kitabxananın qızıl fondunda qorunan muğam, Yaqub Məmmədovun həyat və yaradıcılığından bəhs edən kitablar, məqalələr və disklərdən ibarət kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında