“Bitməyən savaş”

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında  tarixə “Dördgünlük müharibə” kimi düşmüş hərbi münaqişə baş vermişdi.

Bu döyüş ­zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanmasını təmin ediblər.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgidə 2016-cı il aprel döyüşlərində həlak olan Əbdülməcid Axundovun, Fəxrəddin Qurbanlının, Samid İmanovun, Müşfiq Orucovun, Orxan Müstəcəbovun, Vüqar Yusifovun, Murad Mirzəyevin, Raquf Orucovun, Pəncəli Teymurovun əşyaları nümayiş olundu.

Muzeyin direktoru Fəridə Şəmsi, şəhidlər Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Orxan Müstəcəbovun anası Şəhla Müstəbəcova, Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, aprel döyüşlərinin iştirakçısı Rəşad Həşimov, hərbçi Anar Hüseynli, jurnalist Aida Eyvazlı çıxış edərək, aprel döyüşlərindəki uğurların  böyük qələbəmizin başlanğıcı olduğunu vurğuladılar, Azərbaycan xalqının mübarizliyindən, ordumuzun gücündən danışdılar. Jurnalist Aida Eyvazlı çıxışından sonra “Qalibiyyət. Şahidlər və şəhidlər” kitabını muzeyə təqdim etdi. Tədbirdə  Təhsil Nazirliyinin Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən kompozisiya nümayiş olundu.

Şəhidlərin qohumları və dostları, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və digər qonaqlar iştirak edir. 

M. MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında