IV Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq məsələləri müzakirə olunmuşdur

Artıq IV Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri tamamlanmaq üzrədir. İndi beynəlxalq təşkilatlarlarla son müzakirələr aparılır, dialoq və əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr keçirilir.

Bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Baş katibinin kabinet rəhbəri Mariya Luiza Ribeiro Viotti ilə görüş keçirmişdir. Xanım Viotti BMT Baş katibinin səfərdə olduğunu qeyd edərək nazirlə görüşməkdən məmnun olduğunu bildirmişdir. Görüşdə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, BMT-ni dünyanın ən yüksək və nüfuzlu təşkilatı olaraq bu prosesdə fəal olmağa dəvət etmişdir. Görüşdə BMT Baş katibinin, yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparılmışdır. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.

Məlumatda deyilir ki, Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə də görüşmüşdür. Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırladaraq, Bakının gözəlliyinin onda xoş təəssüratlar yaratdığını vurğulamışdır. Nazir Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə cənab Feltmana da məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirmişdir. Bu mövzunun BMT-nin Davamlı İnkişaf Gündəliyi 2030 ilə tam uzlaşdığını qeyd edən nazir BMT rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmasının vacibliyini bildirmişdir. Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə, Bakı prosesinin vacibliyini və bu barədə Baş katiblə müzakirə aparacağını ifadə etmişdir. Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev və digər şəxslər iştirak etmişlər.

Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası--ECOSOC-un prezidenti Frederik Makamure Şava ilə, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, Bakı prosesi və foruma hazırlıq məsələləri müzakirə olunmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında