Sumqayıtda “Murov qartalı” kitabının təqdimatı

Ötən ilin şanlı aprel döyüşlərinin qəhrəmanlarından biri – şəhid polkovnik, kəşfiyyatçı komandir Raquf Orucov Sumqayıt şəhərinin sakini idi. Ona həsr olunmuş “Murov qartalı” kitabının təqdimatına geniş ictimaiyyət nümayəndələrinin qatılması şəhid komandirin ruhuna böyük ehtiramın ifadəsi olub. Mərasimdə şəhər rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar, gənclər, şəhid polkovnikin ailə üzvləri və döyüşçü dostları da iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib. İgid komandirin döyüş yoluna videokadrların bələdçiliyi ilə nəzər salınıb. “Murov qartalı” kitabının müəllifləri, tanınmış jurnalistlər Elşən Əliyev və Elxan Salahov 2016-cı il aprelin 1-dən 4-dək işğalçı Ermənistan ordusunun hücumunun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri xüsusi təyinatlılarının qısa müddətdə həyata keçirdiyi sürətli əks-həmlə zamanı qəhrəmancasına həlak olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun şərəfli ömür tarixçəsindən bəhs edən toplu üzərində yaradıcılıq işindən danışıblar. Vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri səsləndirilib.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, Milli Məclisin deputatı Tahir Mirkişili və digər natiqlər Raquf Orucovun şəxsiyyəti, peşəkar hərbçi məziyyətləri və uğurlu kəşfiyyat əməliyyatları haqqında bilgilərini bölüşüblər. İstər aprel döyüşlərində, istərsə də digər döyüş və kəşfiyyat əməliyyatlarında vətənpərvər, cəsur zabitin göstərdiyi qəhrəmanlıq nümunələri hər bir Azərbaycan vətəndaşının qəlbində ona əbədi sevgi qazandırıb.

“Murov qartalı” kitabında şəhid polkovniklə birgə xidmət etmiş, döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olmuş hərbçi dostlarının, həmçinin ailə üzvlərinin xatirələrinin də yer aldığı bildirilib. Toplu cəsur kəşfiyyatçının xatirəsini əbədiləşdirən nümunə kimi qiymətləndirilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında