31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi

Milli Kitabxanada 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi açılmışdır.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açmışdır. O, 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışmış, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü söyləmiş, Qubada aşkar olunmuş kütləvi məzarlıqda – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən olunmasının soyqırımın bariz nümunəsi olduğunu bildirmişdir.

Natiq soyqırımının cəmi iki il – 1919 və 1920-ci ilin mart ayının 31-nin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildiyini bildirmişdir. O, daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən danışmışdır.

K.Tahirov ermənilər tərəfindən törədilən qırğınların, soyqırımlarının sonrakı illərdə də davam etdiyini, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi qırğınlara, soyqırımlarına və etnik təmizləmələrə məruz qaldığını, Xocalı faciəsinin tariximizin növbəti soyqırımı olduğunu söyləmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılmasında və soyqırımına hüquqi qiymət verilməsində Azərbaycan Respubliakasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışmışdır.

Sonda tədbir iştirakçıları “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış oldular.

Bu gün isə Dövlət Gənc Tamaşaçılar Teatrında “Ünvansız qatar” adlı yeni tamaşa nümayiş etdiriləcək. Bu səhnə əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.

Əməkdar incəsənət xadimi, tanınmış dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayevadır.

Tamaşada Əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev və başqaları iştirak edirlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında