Azərbaycanda Macarıstan günləri

Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən açılış tədbirində dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət təmsilçiləri, ziyalılar iştirak ediblər. Tədbir macar yazıçı İmre Madaçın Azərbaycan dilində nəşr olunmuş “İnsan faciəsi” əsərinin təqdimatı ilə başlayıb. Macarıstanın Azərbaycandakı səfiri İmre Lastotski kitabın işıq üzü görməsi  üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

AMEA-nın  vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, Əli bəy Hüseynzadə macar xalqını zəngin ənənə və tarixə malik olan bir xalq kimi təqdim edib. O, AMEA-da Macarıstan mədəniyyətinə həsr olunmuş sərginin bir ay davam etdiyini vurğulayıb. O deyib: “Əlaqələrimiz elə qədimdir ki, heç bir mədəni və ya dini fərqlər bizi ayıra bilməz. Sovet dönəmində bir siyasi sistemə aid olsaq da, Macarıstanın mədəniyyəti barədə az məlumatlı idik”.

İ. Həbibbəylinin sözlərinə görə, müstəqillik dövründə iki ölkə arasında imzalanan sənədlər bir çox sahələri, o cümlədən mədəniyyət sferasını əhatə edib.

Kitabı Azərbaycan dilinə çevirmiş Ramiz Müzəffərli isə tərcümə prosesində macar fəlsəfə tarixini, ədəbi  ənənələrini araşdırdığını deyib. R. Müzəffərli kitabın üz qabığındakı şəklin rəmzi məna daşıdığını və azərbaycanlı gənc rəssam tərəfindən çəkildiyini söyləyib.

Azərbaycan klassiklərinin əsərlərini macar dilinə tərcümə edən alim Maria Kenessey isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi İmre Madaçın “İnsanın faciəsi” fəlsəfi poetik dramı  XIX əsrdə yazılıb.  İndiyədək  əsər 40-dan çox dilə tərcümə edilib. Nəşr ümumbəşəri dəyərlərin təbliğinə, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına və dünya azərbaycanlılarının macar ədəbiyyatının incilərindən biri ilə tanış olmasına xidmət edir.  Bu əsər əsasında çəkilmiş film Azərbaycan dilində subtitrlər ilə  Nizami Kino Mərkəzində nümayiş olunmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında