“Həmrəylik Festivalı – 2017”

Azərbaycanda yaşayan digər azsaylı xalqların icmalarının, eləcə də müxtəlif xarici ölkə səfirliklərinin təmsilçiləri dostluq və bərəkət rəmzi olan Novruz bayramını “Həmrəylik Festivalı-2017”də böyük coşqu ilə qeyd etdilər. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ölkənin multikultural dəyərlərinə və dövlət siyasətinə sadiq qalaraq, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə baş tutan "Həmrəylik Festivalı-2017" adlı festivalı “Badamdar otel”də gerçəkləşdi.

Tədbiri açıq elan edən AGAT sədri Nərgiz Xələf ölkəmizin multikultural dəyərlərə sadiq qaldığını bildirərək, müxtəlif xalqların dostluq və sülh şəraitində yaşadıqlarını qeyd etdi. Bildirdi ki, festivalın həyata keçirilməsində əsas məqsədlərdən biri İlaxır çərşənbədə bayram ənənələrinə uyğun olaraq, ölkəmizdəki xalqların Novruz sevincini birgə yaşaması, müxtəlif mədəniyyətlərin və ənənələrin təqdimatına nail olmaqdır. Qonaqları bayram münasibətilə təbrik edən natiq ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunduğunu diqqətə çatdırdı: “Bunu əsas tutaraq AGAT da “Həmrəylik Festivalı-2017” ilə bu ilə töhfə verməyi qərara aldı. Festivalda AGAT-ın 2009-cu ildə yaratdığı "Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası"na daxil olan 8 icmanın təmsil etdikləri ölkələr, 5 ərəb ölkəsi, Pakistan, İndoneziya, İsrail və s. təmsilçiləri iştirak edirlər”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Azərbaycanın zəngin ənənələrini özündə əks etdirən Novruz bayramının müxtəlif xalqların gənclərinin yüksək səviyyədə qeyd etməsini təqdirəlayiq olduğunu bildirdi. Qeyd etdi ki, bu, ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinə sadiq olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirdi ki, ölkəmizin multikulturalizm modeli dünya xalqları üçün bir nümunəyə çevrilmişdir.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Novruz bayramı ərəfəsində bu cür xoş ovqatlı, musiqili tədbirə görə təşkilatçılara təşəkkür etdi.

Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin keçən ili “Multikulturalizm ili” elan etməsini xatırladaraq, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin daşı- yıcıları olan xalqların sülh və dostluq şəraitində yaşadıqlarını vurğuladı.

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Novruz bayramının UNESCO-nun Qeyri-Maddi, Mədəni İrs Siyahısına daxil olmasını diqqətə çatdırdı.

Festival çərçivəsində müxtəlif xalqların milli mətbəx nümunələri, əl işləri, milli geyimləri nümayiş etdirildi. Fərqli mədəniyyət təmsilçilərinin milli rəqs və ifaları da rəğbətlə qar- şılandı. Azərbaycanla yanaşı, tatar, yəhudi, türk, fələstin və digər xalqların gənclərinin rəqsi və ifaları iştirakçılarda xoş ovqat yaratdı.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında