Bölgələrdə “Amerika guşələri”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin  bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta  ilə görüşü  zamanı  Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında “Amerika guşələri”nin açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalanıb.

Görüş  zamanı  nazir Ə.Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur. Yenidən imzalanma nəticəsində bu iş daha geniş vüsət alacaq: “Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq. Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı  böyük bir layihədə də ABŞ-ın yaxından iştirak edəcəyinə ümidvaram. Bu layihə UNESCO-nun Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa  Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 5-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Göründüyü kimi, bu forum dünyanın aparıcı təşkilatları tərəfindən dəstəklənir və inanıram ki, ABŞ da bunu nəzərə alaraq, layihə ilə ciddi maraqlanacaq. Artıq forumda iştirakla bağlı məktub ABŞ-ın Dövlət Katibliyinə göndərilib”.

Səfir R. Sekuta isə bildirib ki, anlaşma memorandumu hər iki ölkə üçün faydalı olacaq, həm Azərbaycan, həm də ABŞ vətəndaşlarının lazımi məlumatlardan istifadəsinə xidmət edəcək: “Nəzərə alsaq ki, bura təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm daxildir, o zaman ABŞ-ın turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq. “Amerika guşələri” kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq. Bu layihə həm də azərbaycanlı gənclərin ingilis dilini öyrənməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər”.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında