Suşa şəhər kitabxanasının 120 yaşı tamam oldu

Bu münasibətlə Milli Kitabxanada  tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə aid  foto və kitab sərgisi ilə tanış oldular.

Milli Kitabxananın direktoru, professor  Kərim Tahirov tədbiri açaraq Azərbaycanda kitabxanaların yaranması ilə bağlı məlumat verdikdən sonra iştirakçılar Şuşa şəhərinin tarixini və mədəniyyətini özündə əks etdirən video-çarxı izlədilər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Şuşa Azərbaycanın tarixi yaşayış məskəni  olmaqla bərabər, həm də mədəni irsini yaşadan şəhərdir. Şuşa şəhəri hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır, unudulmur: “Şuşa Azərbaycan tarixinin ləyaqətli və şərəfli bir səhifəsidir. Qarabağın tarixi və mədəniyyəti Azərbaycan xalqının yaddaşından silinməyəcək. Əminəm ki, işğal altında olan ərazilərimizi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən  aparılan məqsədyönlü  siyasət sauyəsində   geri qaytaracağıq. Bu, bizim mənəvi və vətəndaşlıq borcumuzdur”.

Əbülfəs Qarayev əlavə etdi ki, bədnam ermənilərin məkrli siyasəti nəticəsində Şuşa şəhər kitabxanasının fondu dağıdılmış, 150 min nüsxədən artıq mənbə məhv edilmişdir. Bu, sadəcə bir kitabxanaya vurulan zərbə kimi yox, ümumilikdə Azərbaycan tarixinə qarşı törədilən  zorakılıq aktı kimi qiymətləndirilməlidir.

Qeyd olundu ki, bu gün itirilmiş Şuşa kitabxanasının zəngin xəzinəsi əlimizdə olmasa da, Bakıda fəaliyyətini davam etdirən filiallar daim öz fondlarını zənginləşdirir və möhtəşəm qayıdış günündə  Şuşaya zəngin bir kitabxana ilə qayıtmaq ümidi ilə yaşayır.

Sonda nazir Şuşa şəhər kitabxanasının 120 illiyi münasibətilə Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşlarını nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlarla təltif etdi.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı  Elman Məmmədov, RİH  başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova çıxış edərək Şuşanın tarixi və görkəmli şəxsiyyətləri haqqında söz açdılar.

Tədbir Şuşa şəhər uşaq musiqi məktəbi şagirdlərinin ifası ilə sona çatdı.

M.MÜKƏRRƏMOĞLU,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında