“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis edildi

2017-ci il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsis iclası keçirilib. Klubun təsisində məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin öyrənilməmiş və unudulmuş səhifələrinə yönləndirmək, Azərbaycanın maddi-mədəni irsinin,  xüsusən Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyası irsinin qorunmasına cəlb etmək, XX əsrin əvvəllərindən etibarən çağdaş Azərbaycan tarixinə faciələr gətirmiş “erməni məsələsi”nin mahiyyətinin ölüm, qan, terror daşıyıcısı olduğunu göstərmək, qondarma Dağlıq Qarabağ probleminin yaranmasında erməni məkrini öyrənməkdir.

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsis iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov klubun fəaliyyətini özündə əks etdirən əsasnamə barədə iştirakçılara məlumat verib. Məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda, klubun strukturu, iş planı, görüləcək tədbirlərin forma və məzmunu, eləcə də tərkibi müzakirə edilib. İclasda iştirak edən fəal gənclər arasından klubun sədri və sədr müavini seçilib, onlara vəzifələri və görüləcək işlər haqqında məlumat verilib.

İclasda iştirak edən tanınmış tarixçi alimlər klubun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirib, Azərbaycan elmi potensialının inkişafına gənclərin dəyərli töhfə verəcəklərinə inandıqlarını deyib və “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubuna dəstək olacaqlarını bildiriblər.

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun qarşısında qoyulan əsas vəzifələr tarixçi alimlər və tanınmış elm adamları ilə qarşılıqlı əməkdaşlıq etmək, Azərbaycan tarixini dərindən öyrənmək məqsədilə layihələr hazırlamaq, Azərbaycan ictimaiyyətinin maarifləndirilməsinə dəstək vermək, AMEA-da çalışan alimləri klubun işinə cəlb etməklə birgə tədbirlər (“dəyirmi masalar” və görüşlər, mühazirələr, seminarlar və təqdimatlar, bilik müsabiqələri və intellektual yarışlar) təşkil etmək  və keçirmək, Qafqaz Albaniyası  reallıqlarını göstərən buklet, xəritə, kitabçalar hazırlamaq və KİV-də, elmi nəşrlərdə Azərbaycan həqiqətlərini işıqlandıran məqalələrin dərcinə dəstək göstərməkdir.

Bilik fondunun informasiya təminatı sektorundan bildirmişlər ki, “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri sırasına Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup tələbəsi və Bilik Fondunun könüllüləri daxildir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında