Avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi dövlət qayğısının parlaq təzahürüdür

Son vaxtlar dövlət tərəfindən avtomobil yollarının yenidən qurulmasına xüsusi diqqət yetirilməsi bütün Azərbaycan vətəndaşları kimi məni də hədsiz dərəcədə sevindirir. Müasir standartlara uyğun yeni çəkilmiş  və ya bərpa olunmuş yollar, yol qurğuları, körpülər, göz oxşayan yol nişanları ölkəmizin simasına əlavə yaraşıq gətirir.

Bu sahənin memarı ömrünün hər gününü, hər saatını, hər dəqiqəsini   Azərbaycan xalqına həsr etmiş ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Elə deyimlər var ki, onlar müəyyən dövr üçün keçərlidir. Amma, elə deyimlər də var ki, onlar nəsildən-nəslə keçir və sonradan atalar sözünə çevrilir. Ulu öndərin vaxtilə söylədiyi  “Yol--iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!” kəlamı kimi.

Mən uzun illər Elmi-Tədqiqat İnstitutunda mühəndis işləmişəm, hazırda isə təqaüddəyəm. Əvvəllər işimlə əlaqədar dəfələrlə MDB və Avropa ölkələrində, Çində və ABŞ-da olmuşam. Həmin ölkələrdə avtomobil yollarındakı tikinti mədəniyyəti, yol qurğuları, körpülər və təhlükəsizlik nişanları məndə dərin təəssürat yaradır, sanki nağıllar aləminə düşürdüm. Hər dəfə Vətənə qayıdanda dostlarımla, tanışlarımla söhbət edir, təəssüratlarımı onlarla bölüşürdüm və nəvaxtsa Azərbaycanda da  belə yolların olacağını dilə gətirirdim. Onlar isə “ bizim dövlətin ona gücü çatmaz,  “Sovetdən” qalanlar dağıdılmasın, bəsimizdir” deyirdilər.

Nə yaxşı ki, arzularım çin oldu və  indi mən dostlarıma deyirəm:  Azərbaycan iqtisadi cəhətdən çox  güclü dövlətə çevrilib. Nəinki MDB-də, dünyada söz sabidir, sayılıb-seçilən dövlətlərdəndir. Bu gün Azərbaycanın yollarını dünyanın aparıcı dövlətlərinin yolları və yol infrastrukturları ilə müqayisə etmək olar.  Bir neçə ildən sonra isə Azərbaycanın bu sahədəki təcrübəsi, yəqin ki, xarici dövlətlər üçün örnək olacaq.

Son illər ölkəmizin avtomobil yollarında aparılan quruculuq işləri, yol təsərrüfatının yüksək templə, dinamik inkişafı ulu öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür. Xalqımız bunu hiss edir və yüksək  qiymətləndirir.

Bu gün avtomobil yol işçilərinin peşə bayramı günüdür. Fürsətdən istifadə edib bu münasibətlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov başda olmaqla bütün kollektivi təbrik edir, onlara cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram.

Fikrət QULİYEV,
təqaüdçü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında