Görkəmli alimin xatirəsinə ehtiram

Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika və texnologiya fakültəsində ölkəmizdə fizika və onun tədrisi metodikası fənlərinin əsasını qoymuş alimlərdən biri, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Abasqulu Ağabala oğlu Abaszadə adına auditoriya yaradılıb, otağın girişinə unudulmaz alim-pedaqoqun xatirə lövhəsi vurulub.

Açılış mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 1906-cı ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olan, 10 yaşında Bakıya gəlib orta və ali təhsil ocaqlarında oxuyan, orta və ali məktəblərdə dərs deyən  alim 1934-cü ildən ömrünün sonunadək 35 il müddətində Pedaqoji Universitetdə çalışıb. Çoxsaylı elmi-pedaqoji əsərin müəllifi, minlərlə tələbənin müəllimi olmuş professor Abasqulu Abaszadənin adına universitetdə auditoriyanın açılması onun xatirəsinin ölməzliyinin və doğma kollektivdə qədirbilənlik ənənəsinin yaşamasının daha bir ifadəsidir.

Fakültənin dekanı Arzu Daşdəmirov, akademiklər Bahadır Tağıyev və Cavad Abdinov, professorlar Edil Eyvazov və Şükür Əlizadə, Əməkdar müəllim Qiyas Quliyev unudulmaz alimlə bağlı xatirələrini bölüşüblər, onun fizika elminin və ali təhsilin inkişafında xidmətlərini vurğulayıblar.

Mərasimdə professor Abasqulu Abaszadənin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Görkəmli alimin nəvəsi Rövşən Abaszadə babasının adını daşıyan auditoriyanın yaradılmasına görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

T.AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında