Növbəti muğam televiziya müsabiqəsinin iştirakçıları və münsiflər heyəti məlum oldu

 Ulu öndər Heydər Əliyevin Azərbaycan elminə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, səhiyyəsinə, bütövlükdə xalqımıza xidmət edən əməllərini yaşatmaq, bu dəyərli ənənəni davam etdirmək məqsədi ilə yaradılmış Heydər Əliyev Fondu öz fəaliyyətini ümummilli liderin məram və əməllərinə uyğun qurmuşdur.

Fondun prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin hansına nəzər salsaq, orada mütləq Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərini görürük. Bu qədirşünaslıq nümunəsi musiqi mədəniyyətimiz, xüsusən, milli musiqimizin ən mühüm janrlarından olan muğam sənətimizlə bağlı layihələrdə daha aydın təzahür edir.

Ulu öndərin adını daşıyan fond 2005-ci ildə  bu istiqamətli layihələrin ən mühümünü reallaşdırdı. On illər boyu unudulmayacaq  həmin layihə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə ərsəyə gəlmişdi. Həmin il Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məhz birinci muğam televiziya müsabiqəsi keçirilmişdir. 

Bu il martın ortalarında bu ənənənin davamı olaraq VI müsabiqəyə start veriləcək. Fevralın 4-dən başlanan seçim turunda muğam sənətinin ən mahir bilicilərindən olan münsiflər heyəti İsmayıllı, Bərdə, Ağcabədi, Gəncə və Bakıda keçirilən seçim turunda iştirak etmiş, 400-ə yaxın gənc ifaçını dinləmiş və onların arasından 20 nəfəri seçmişdir.

“Muğam-2017” VI televiziya müsabiqəsinin başlayacağı günə çox az qalıb. Hamının səbirsizliklə gözlədiyi bu müsabiqədə də tamaşaçılar yeni istedadlarla tanış olacaqlar. Münsiflər heyətinə prinsipiallığı və obyektivliyi ilə tanınıb sevilən Xalq artisti Əlibaba Məmmədov başda olmaqla Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və layihənin təşkilatçısı Nadir Axundov daxildir.

Rafiq SALMANOV,
“Xalq qəzeti”
foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında