Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş elmi konfrans

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının əhəmiyyətindən danışıb.

Görkəmli alimin zəngin həyat və fəaliyyətindən bəhs edən rektor onun parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazandığını, səmərəli idarəçilik fəaliyyəti nəticəsində dövlət orqanlarında yüksək vəzifələrə irəli çəkildiyini diqqətə çatdırıb. 

Qeyd olunub ki, Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun, Bakı Dövlət Universitetinin rektoru işləyib, səhiyyə sistemində mühüm vəzifələrdə çalışıb, Azərbaycan KP MK-nın katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi olub və səmərəli xidmətlər göstərib.  

Akademik U.Ələkbərov Əziz Əliyevin elmin, tibb təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında müstəsna rolunu vurğulayıb.  

Tədbirdə görkəmli alim və ictimai xadim Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilib.

Sonra Milli Məclisin deputatı, professor Musa Qasımlının “Əziz Əliyevin fəaliyyəti arxiv sənədlərində”, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Sevinc Əliyevanın “Dağıstan Əziz Əliyevin rəhbərliyi dövründə”, Əziz Əliyev haqqında kitabın və filmin müəllifi Tahir Talıblının “Əziz Əliyev: həyatı və mühiti”, Əziz Əliyevin nəvəsi Tamfira Əliyevanın “Əziz Əliyev xatirələrdə” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər görkəmli şəxsiyyət Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışmaqla dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərməsindən, doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər. 

Qeyd olunub ki, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışarkən Əziz Əliyev Dağıstanda bütün sahələrdə böyük irəliləyişlərə nail olub, Azərbaycan-Dağıstan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfələr verib. Böyük şəxsiyyət Əziz Əliyevin adının əbədiləşdirilməsi üçün Dağıstanda Mahaçqalanın mərkəzi küçələrindən birinə onun adı verilib, burada heykəli ucaldılıb.

Natiqlər görkəmli dövlət və elm xadimi Əziz Əliyevin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında