Tanınmış yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb

Tanınmış yazıçı Kamal Abdullanın “Edam vaxtını dəyişmək olmaz” adlı hekayələr kitabı işıq üzü görüb.

Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni kitabda müəllifin çap olunmuş və yeni hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.

Kitabın redaktoru Əliş Mirzallı, “Ön söz”ün müəllifi isə tanınmış teatrşünas, tənqidçi Aydın Talıbzadədir. Kitabda Kamal Abdullanın “Qar”, “Uçuş”, “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Korneliusun ölümü”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq”, “Edam vaxtını dəyişmək olmaz”, “Səsimdən yapış”, “Hacı Mir Həsən ağa Səyyah” hekayələri yer alıb.

“Ön söz”də qeyd edilir ki, Kamal Abdullanın hekayələr kitabı uçmaq və uçanlar haqqındadır: “Osa götürüb toplumu adlandırıb “Edam vaxtını dəyişmək olmaz”. Hm... Qəribədir, deyilmi? Ad detektiv tapançası kimi sərlövhədən birbaşa tuşlanır adamın gicgahına. Əslində isə heç elə deyil. Bu hekayələri mən “quyu hekayələri” adlandırardım, “səssiz hekayələr” adlandırardım. Vaxt edam olunanda səslər kəsilir”.   

Aydın Talıbzadə vurğulayır ki, yazıçının əsl hədəfi hekayələr uydura-uydura, uydurduğunu sözlər harmonasiyasında təsvirləyə-təsvirləyə, təsvir etdiyini bədii bütövcəyə çevirə-çevirə “yox olmaq” və göylərə uçmaqdır: “Nirvana.. Hekayələrində Kamal vaxtı dayandırmağı xoşlayır, “təkcənəlik dünyası”nı xoşlayır, özünə “enib” keçmişi özündə vərəqləməyi xoşlayır. “Yarımçıq əlyazma”lar Kamal Abdullanın içindədir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında