Musiqili Teatrın kollektivi Təbrizdən qayıdıb

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakını başa çatdıraraq Təbrizdən Vətənə qayıdıb. Bu  barədə Musiqili Teatrdan məlumat  verilib.

Nümayəndə heyətinin  rəhbəri, Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, bu nüfuzlu festivalda iştirak teatrımız üçün çox uğurlu və yaddaqalan oldu. Dünyanın təqribən 20 ölkəsi teatrlarının qatıldığı bu festivalda ölkəmizi layiqincə təmsil etdik. Festivalın açılış mərasimindəki çıxışımda çağdaş Azərbaycan teatrı haqqında məlumat verdim, müasir dünya teatr sənətində gedən proseslərlə bağlı fikirlərimi bölüşdüm. Teatrımız festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad”  musiqili komediyasını nümayiş etdirdi.

 Ə.Lalayev  onu da xatırlatdı ki, tamaşanın nümayişi böyük çoşqu və anşlaqla keçdi. Tamaşaçıların bizə olan sevgisini sözlə ifadə etmək çətindir. Məhz təbrizli tamaşaçıların xahişi ilə “Ər və arvad” tamaşasını ikinci dəfə nümayiş etdirdik. Teatrımızın üç üzvü festivalın mükafatına layiq görüldü. Əməkdar artistlər Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Eyni zamanda, biz fürsətdən istifadə edərək Azərbaycan nümayəndə heyətinin üzvləri ilə birlikdə böyük şair Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən “Azərbaycan Muzeyi”ni ziyarət etdik.

Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərovdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında