Ermənistanın ölkəmizə qarşı növbəti təxribatına layiqli cavab verildi

İspaniyanın Madrid şəhərində keçirilən FİTUR beynəlxalq turizm sərgisi çərçivəsində Ermənistan yenidən təxribata əl atmışdır. Belə ki, Ermənistanın təqdimat stendində Qarabağa aid olan şəkillər və materiallar yerləşdirilmişdir.

Bununla bağlı həmin günlərdə  BMT-nin Ümumdünya Turizm Təşkilatının və İspaniya hökumətinin təşkilatçılığı ilə keçirilən BMT-nin “İnkişaf üçün Davamlı Turizm Beynəlxalq ili”nin açılış mərasimində iştirak etmək üçün Madrid şəhərində səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti və həmçinin Azərbaycanın  İspaniyadakı səfirliyi tərəfindən bir sıra vacib addımlar atılmışdır. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat  yaymışdır.

Məlumatda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm FİTUR rəhbərliyinə, həm də Ümumdünya Turizm Təşkilatına hadisə baş verən gün müvafiq etiraz məktubları göndərilmiş və həmin məktublarda həm BMT tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə BMÜTT İcraiyyə Şurasının 100-cü iclasında “Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair” qərarına bir daha istinad edilmişdir. Nazir Əbülfəs Qarayev məsələ ilə bağlı BMÜTT-ün baş katibi Taleb Rifai ilə müzakirə aparmış və Ermənistan tərəfinin bu beynəlxalq hüquqa zidd hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlarına hörmətsizliyini diqqətə çatdırmışdır. Baş katib Taleb Rifai Azərbaycan tərəfinin narahatlığını böyük həssaslıqla qəbul etdiyini və məsələ ilə bağlı aiddiyyəti tərəflərlə danışıqlar aparacağını bildirmişdir. Daha sonra BMÜTT tərəfindən nazirliyə məlumat verilmişdir ki məsələ ilə bağlı müvafiq səviyyələrdə müzakirə aparılmış və lazımi ölçülər götürüləcəkdir.

Bununla bağlı Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirliyi və FİTUR rəhbərliyi ilə görüşlər keçirərək ölkəmizin mövqeyini qarşı tərəfə çatdıraraq Ermənistanın belə təxribatların qarşısının alınmasının zəruri olduğunu diqqətə çatdırmışdır. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahədə baş verənlərə dövlətin müdaxilə edə bilmədiyini qeyd etmiş,  buna baxmayaraq sərgi təşkilatçılarına məsələnin həssaslığı barədə xəbərdarlıq edəcəklərini bildirmişlər. Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlərimizin etiraz aksiyası təşkil edilmiş və işğalçı Ermənistanın təcavüzkar fəaliyyətinə dair lövhə və bannerlər nümayiş etdirilmiş, “Qarabağ Azərbaycanındır”, “İşğala son”, “Ermənistan işğalçıdır” şüarları səsləndirilmişdir, Sərgi iştirakçılarına Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumat verilmişdir.

Mədəniyyət və Turizm Nazirliyi mətbuat nümayəndələrinə məsələ ilə bağlı nümayiş etdirdikləri həssaslığa və düşmənə qarşı ideoloji-informasiya mübarizəsindəki həmrəyliyə görə bir daha təşəkkür edir və hamını əmin etmək istəyir ki, Ermənistan tərəfinin belə beynəlxalq tədbirlərdə həyata keçirdiyi təxribatlar nəinki onların xeyrinə, əksinə Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əldə edilmiş beynəlxalq nüfuz sayəsində belə təxribatların qarşısı alınır və  bu təxribatların təşkil olunduğu məkanlar düşmənin təcavüzkar siyasətini və işğalçı fəaliyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əlavə beynəlxalq platformaya çevrilir.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında