Naxçıvanda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans

Naxçıvan Dövlət Universtetində  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Müəllimlər İnstitutu və “Naxçıvan” Universiteti ilə birgə “Görkəmli ictimai və elm xadimi Əziz Əliyev: həyatı və fəaliyyəti” mövzusunda elmi konfrans keçirilib.

Yubiley toplantısını giriş sözü ilə açan NDU-nun rektoru,  AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor  Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 100 və 110 illik yubileylərinin ölkəmizdə və xaricdə təntənə ilə qeyd olunduğunu xatırlayaraq  bildirib ki, nurlu soydaşımızın 120 illik yubileyi də böyük qədirbilənliklə  dövlət səviyyəsində keçirilir. Bu yubiley həyatı və mübarizəsi nəsillərə örnək olan görkəmli şəxsiyyətin elmi-pedaqoji irsinin, ictimai-siyasi fəaliyyətinin daha dərindən  öyrənilməsi baxımından önəmlidir.

Rektor daha sonra qeyd edib ki, Azərbaycanda  elmi-mədəni inqilabın öncüllərindən olmuş Əziz Əliyev milli səhiyyənin və ali tibb təhsilinin inkişafında tarixi xidmətlər  göstərib.  Həmişə xalqa  xidmət  işinə sadiq olan bu əməlpərvər  insan Azərbaycan  KP MK-nın katibi,  Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin 1-ci müavini kimi məsul vəzifələrdə çalışıb. O, müxtəlif vaxtlarda SSRİ Ali Sovetinin, həmçinin Azərbaycan SSR Ali Sovetinin, Dağıstan MSSR Ali Sovetinin deputatı olub, özünü səriştəli ictimai-siyasi xadim kimi təsdiqləyib.  Qayğıkeş insan, gözəl ailə başçısı olan Əziz Əliyev görkəmli akademik, oftalmoloq Zərifə xanım Əliyeva, akademik Cəmil Əliyev, tibb elmləri doktoru, professor Tamerlan Əliyev, məşhur musiqiçi, mahir piano ifaçısı Gülarə xanım Əliyeva kimi övladlar tərbiyə edib.  

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov “Əziz Əliyevin tibb sahəsindəki fəaliyyəti” mövzusunda məruzə edərək bildirib ki, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işlədiyi illərdə Əziz Əliyev Azərbaycanda səhiyyənin təşkilində müstəsna rol oynayıb. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən səhiyyə sahəsindəki problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli “İstedadlı həkim, fədakar alim”, “Naxçıvan” Universitetinin prorektoru İbrahim Kazımbəyli “Əziz Əliyevin həyatı və ictmai fəaliyyəti”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov “Əziz Əliyev Azərbaycanda tibb elminin təşkilatçısı kimi” mövzusunda məruzələr ediblər.

Konfransda unudulmaz yubilyarın həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında