Mədəniyyət müəssisələrində anım tədbirləri

Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar  qətliamına həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları  görkəmli rəssamlarımızın Qanlı Yanvar mövzusunda yaratdığı əsərlərdən ibarət sərgi ilə tanış oldular. Daha sonra onlar bir vaxtlar Şuşada ucalan, indi isə Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan  Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün büstlərini ziyarət etdilər.

Daha bir  tədbir isə Azərbaycan Dövlət Filarmoniyasında keçirildi.Tədbirdə qeyd olundu ki, Ermənistanın ərazi iddiasına etiraz edən, Azərbaycanın suveren hüquqlarının müdafiəsinə qalxan xalqımıza qarşı həmin gün sovet hərb maşını misli görünməmiş təcavüz törətdi. Amma xalqımızın iradəsi sınmadı.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri  tədbirdə iştirak edirdilər.

Şəhidlərimizin xatirəsinə ithaf olunmuş musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər Xalq artisti Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı ­İmanova) solistlərinin ifasında konsert proqramı təqdim olundu.

Proqramda Volfqanq Amadey Motsartın ­"Rekviyem" əsəri ifa olundu.

Nizami Kino Mərkəzində isə  xalqımızın   tarixinə qanlı səhifə kimi yazılmış  20 Yanvar qətliamı  və Xocalı soqırımı haqqında  bədii  filmlər nümayiş etdirildi.

Ümumiyyətlə, şəhərimizin bütün mədəniyyət müəssisələrində – kitabxanalarda, mədəniyyət evlərində və  muzeylərdə  bu qanlı  faciənin ildönümü böyük hüznlə anıldı.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında