AMEA Mərkəzi Elmi Kitabxanası dövri mətbuat fondunun təqdimatı keçirildi

Yanvarın 12-də  Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) dövri mətbuat fondunun təqdimatı keçirildi. Kitabxananın direktoru Leyla İmanova dövri mətbuat fondunun təqdimatının əhəmiyyətindən danışaraq bildirdi ki, Azərbaycan kitabxanaları arasında ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi MEK-də tətbiq olunub.

 Azərbaycanda olan 17 ən qədim kitab MEK-də mühafizə edilir. “Nəşriyyat haqqında qanun”a islahat yönümlü təkliflər ilk dəfə olaraq MEK tərəfindən verilmişdir. MEK Azərbaycan kitabxanaları arasında ilk dəfə Vahid İdarəetmə Sistemini hazırlayıb tətbiqinə başlayan, Milli Rəqəmsal Yaddaş layihəsini işlək vəziyyətə gətirən kitabxanadır. Azərbaycanda türkdilli mənbələrin ən böyük e-kataloqu (94000) ­MEK-dədir.

MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri ­Mübariz ­Göyüşlü təşkil ­olunan tədbirlərdə, xüsusən təqdimatlarda geniş ictimaiyyətin iştirak etdiyini dilə gətirdi. O, görülən işlərin obyektiv şəkildə işıqlandırılmasında medianın ciddi dəstəyini hiss etdiklərini açıqladı. O, vətəndaşlara MEK-in 24 min kvadratmetr ərazidə fərqli və müasir xidmətlərin göstərilməsi, kitabxanada olan informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi üçün qiymət dəyişikliyi etdiyini və bunun zərurət olduğunu açıqladı.

Daha sonra kitabxananın istifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Roksanə Səfərzadə çıxış edərək, MEK-in dövri mətbuat fondu barədə ətraflı məlumat verdi.

Mərkəzi Elmi Kitabxananın kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirdi ki, MEK-də dövri mətbuat fondunda sənədlərin ümumi sayı 374550-dir (jurnal – 313123, qəzet - 2900 komplekt, ardı davam edən nəşrlər – 58527). MEK-də ən qədim Azərbaycan jurnalı 1928-ci ilə, qəzet ­1923-cü ilə, rus qəzeti ­1905-ci ilə, Qərbi Avropa jurnalı ­1887-ci ilə, Şərq dillərində jurnal 1905-ci ilə aiddir. Bundan başqa, kitabxanada Yaponiya, Koreya, Çin jurnalları, “Türk dili dərgisi”  və Türkiyəyə aid “Bülleten”lər saxlanılır.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirdi ki, Mərkəzi Elmi Kitabxana Azərbaycanın sərvətidir. O, hazırda məişət mədəniyyətinin kütləvi şəkildə yayıldığı bir məqamda MEK-in milli yaddaşın formalaşmasında, qorunmasında mühüm rol oynadığını qeyd etdi. O, Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş ölkələrin ingilisdilli elmi jurnallarının MEK-ə gətirilməsi üçün təşəbbüs göstərilməsini təklif etdi.

Tədbirdə tarix elmləri doktoru, “Mədəniyyət” televiziya kanalının aparıcısı Güllü Yoloğlu, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli və digər ziyalılar çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar. 

Sonda iştirakçıları kitabxananın fondları ilə tanış olub, dövri mətbuatın saxlanıldığı arxivə baş çəkdilər.

Anar TURAN, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında