“Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf”

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən ən böyük işlərdən biri də  ölkədə ombudsman institutunun yaranması oldu. Fəaliyyət göstərdiyi dövrdən  insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini  aparan qurum  mühüm nailiyyətlər əldə edib.

Bu barədə Azərbaycan Respublikasının  İnsan hüquqları müvəkkili (ombudsman) Elmira Süleymanova  Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə, ölkədə "Multikulturalizm ili"nə və Ombudsman haqqında Konstitusiya Qanununun qəbul olunması ilə ilk ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf" adlı konfransda çıxış edərkən bildirdi. Bir sıra dövlət strukturları nümayəndələrinin, Milli Məclis deputatlarının, müxtəlif dini icma və konfessiya rəhbərlərinin iştirak etdiyi tədbirdə ombudsman Elmira Süleymanova hesabat xarakterli məruzə ilə çıxış edərək ölkədə insan hüquqlarının vəziyyəti, müxtəlif sahələrdə görülən işlər, aparılan maarifləndirmə tədbirləri və beynəlxalq əməkdaşlıq barədə məlumat verdi.

Qeyd etdi ki, Bakı Dövlət Universitetində insan hüquqları və genderə giriş adlı fənnin gənclərə tədrisi bu sahəyə verilən diqqətin nəticəsidir. Azərbaycan insan hüquqlarının müdafiəsi ilə bağlı qoşulduğu beynəlxalq konvensiya və aktlara hörmətlə yanaşdığını bildirən ombudsman bir sıra beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov insan hüquq və azadlıqlarının müdafiəsinin hər zaman dövlətin diqqətində olduğunu vurğulayaraq, ombudsmanın fəaliyyətini bunun bariz nümunəsi kimi göstərdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məcburi köçkün düşmüş bir milyon soydaşımızın hüquqlarının pozulduğunu diqqətə çatdıran natiq ombudsmanın bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallığını təqdir etdi.  O, həm də Azərbaycanda tarixi ənənələrə söykənən multikulturalizm modelinin dünyaya örnək olduğunu  vurğuladı və ulu öndər Heydər Əliyevin multikulturalizm mühitinin qorunmasına xüsusi diqqət yetirdiyini qeyd etdi.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan natiq bəzi beynəlxalq qurumların onu dondurmağa çalışdığını vurğuladı: "Azərbaycan buna imkan verməyəcək, işğal faktı ilə barışmayacaq.”

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirdi ki, son 15 ildə Azərbaycan insan hüquqları sahəsində bır sıra uğurlar qazanıb: "Azərbaycanda insan hüquqları sahəsində inkişaf göz önündədir". Azərbaycanda müxtəlif dini konfenssiyalar və milli azlıqların bərabərhüquqlu vətəndaş kimi yaşamasını təqdir edən qonaq onu da bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi-siyasi sahədə mühüm nailiyyətlər əldə edib.

 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  ombudsmanın 15 ildə səmərəli fəaliyyət göstərdiyini qeyd etdi. Multikulturalizm ənənələrinin uğurla yaşadıldığını bildirən nazir  bir sıra qeyri-maddi mədəni irs nümunələrinin  UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsini mədəni irsimizə töhfə olaraq dəyərləndirdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova   E. Süleymanovanın həyatını xalqa, Vətənə həsr etdiyini vurğuladı.

Tədbirdə Azərbaycan və Rusiya ombudsmanları arasında ikitərəfli əməkdaşlıq sazişi imzalandı.  Sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova imzaladılar.

Daha sonra konfrans məruzə və çıxışlarla davam etdi.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında