Azərbaycanlı aktyor Livanda mükafata layiq görülüb

Beynəlxalq Livan qısametrajlı filmlər festivalı başa çatıb. Festivalın bağlanış mərasimi İstanbul Teatrı Sinema Star salonunda təşkil edilib. Livanın  Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivala 25 ölkədən 61 film təqdim edilib.

Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.

“Azərbaycanfilm”  kinostudiyasından  bildirmişlər ki, Azərbaycandan təqdim edilən “Sonuncu” filminin aktyoru İdris Rüstəmov ən yaxşı aktyor işinə görə mükafata layiq görülüb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

 Qeyd edək ki, festivala İtaliya, İsveçrə, Misir, İraq, İran, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, İspaniya, Almaniya, İsveç, Gürcüstan, İordaniya, Hindistan, Livan, Azərbaycan və başqa ölkələrdən filmlər təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında