AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının rəssamı fəxri adına layiq görülüb

Azərbaycanlı fotoqraf, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) rəssamı fəxri adına layiq görülüb.

 FIAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Fəxri adların təsis edilməsi haqqında qərar 1954-cü ildə qəbul edilib. Bu ada əsərləri FIAP-ın himayəsi ilə keçirilən beynəlxalq müsabiqələrdə bədii və texniki sənətkarlıq baxımından tanınan fotoqraflar layiq görülür. FIAP-ın rəssamı adını almaq üçün Direktorlar Şurasının və bədii komissiyanın üzvlərinin böyük əksəriyyətinin qərarı lazımdır.

Qeyd edək ki, İlqar Cəfərovun 100-dən çox fotoqrafiya əsəri FIAP-ın himayəsi ilə dünyanın müxtəlif ölkələrinin beynəlxalq salonlarında nümayiş etdirilib. Fotoqraf 20-dən çox beynəlxalq mükafata layiq görülüb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında