Əcnəbilər üçün yeni “Azərbaycan dili”

Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin həmmüəllifliyi  ilə əcnəbi vətəndaşlar üçün hazırlanmış yeni “Azərbaycan dili” dərsliyi
(Bakı, 2016) işıq üzü görüb.

Bu ilk dəfə kommunikativ metodla əcnəbi vətəndaşlar üçün hazırlanmış dərslik  hesab oluna bilər. BDU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova, alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin həmmüəllifliyi ilə hazırlanmış dərslik  təkcə  nəfis tərtibatı ilə yox, həm də  innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması ilə diqqəti cəlb edir.

Kitabın həmmüəllif­lərindən biri, BDU-nun alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva müxbirimizlə söhbətində kitabın az bir zaman kəsiyində böyük maraq doğurduğunu bildirmiş və bu nəfiş nəşrin həyata vəsiqə almasında ­SOCAR rəhbərliyinin qayğısını xüsusi qeyd etmişdir.

 Dərslik yeni kommunikativ metodla hazırlanıb. Kitabın sonunda Azərbaycan dilinin qrammatikasının ayrıca verilməsi dərsliyin daha bir orijinallığını ortaya qoyur. Maraqlıdır ki, hər bir dərsin qrammatik materialına baxmaq üçün sonda səhifəsi göstərilməklə qeydlər verilir və  eyni zamanda burada hər modula uyğun sözlük də öz əksini tapır.

Dərsliyin daha bir yeniliyi və uğuru ayrıca tərtib olunmuş "İş dəftəri"nin təqdimatı ilə bağlıdır. "İş dəftəri"ndə dilin rahat mənimsənilməsi üçün praktik tapşırıqlar verilir və bu tapşırıqlar məzmun etibarilə Azərbaycanın tarixindən, zəngin mədəniyyətindən və  məişət həyatından tutmuş bütün sahələri əhatə edir. Həmçinin ilk dəfə olaraq dərsliyin üzərində əyani vəsait kimi təqdim edilən CD diskdəki video və audio materiallar Azərbaycan dilini öyrənən əcnəbilərin dinləmə və anlama bacarıqlarını formalaşdırmağa xidmət edir.

Nəfis tərtibatda və əhatəli şəkildə hazırlanmış "Azərbaycan dili" dərsliyinin nəşri bu sahədə yeni bir uğur olmaqla, həm də əcnəbilərə Azərbaycan dilini öyrənməkdə yaxından kömək edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında