Bakı Slavyan Universitetinin nəzdindəki Germanistika İnstitutunda “Weihnachten – Milad” bayramı

...Bakı Slavyan Universitetinin Germanistika İnstitutunda qələbəlik idi.  Tələbələrin həyəcan və sevincləri çöhrələrindən duyulurdu.  Hiss edilirdi ki, onlar “Weihnachten – Milad” bayramı”na və  xeyriyyə yarmarkasına xüsusi həvəs və şövqlə hazırlaşıblar.

Germanistika İnstitutunun müdiri, dosent Sevinc Rzayeva və alman filologiyası kafedrasının dosenti Telman Kazımovun təşkilatçılığı ilə baş tutan  ədəbi-musiqili tədbirdə birinci kurs tələbələrinin ifasında alman dilində müxtəlif səhnəcik və mahnılar səsləndi. Germanistika ixtisası üzrə təhsil alan tələblərin  alman dilində “Aschenbrödel” (“Küllücə”) tamaşasını təqdim etməsi alqışlarla qarşılandı. Sonda tələbələr səhnəyə çıxaraq alman dilində “Yeni il” mahnısını oxudular.  Onların üzlərindəki təbəssüm  nəyə desən deyərdi.  Çünki tələbələr  Germanistika İnstitutunun alman filologiyası kafedrasının müəllimləri Yelena Bəhramzadə, Ağca Süleymanova və Murad Muradovun çəkdikləri zəhməti doğrultmuşdular.

Tələbələrin fəal iştirakı ilə xeyriyyə yarmarkası da uğurla  başa çatdı.  Gənclərin  hazırladıqları şirniyyat və təamların satışından əldə edilən vəsait müəllim və tələbələrin iştirakı ilə Bakıdakı uşaq evlərindən birinə veriləcək. Yeni il ərəfəsində bu xeyirxah və nəcib təşəbbüslə ürəklərə  sevinc bəxş olunacaq.

Germanistika İnstitutunun müdiri, dosent Sevinc Rzayeva   2015-ci il oktyabrın  15-də Azərbaycanda ilk dəfə olaraq BSU-nun nəzdində Germanistika İnstitutunun açılmasının bu sahənin inkişafı istiqamətində uğurlu addım olduğunu vurğuladı.  Qeyd etdi ki,  Germanistika İnstitutunda tələbələrin nəzəri və praktiki  biliklərinin artırılması üçün mütəmadi tədbirlər təşkil olunur və  xaricdən mütəxəssislər dəvət edilir.  Bakı Slavyan və Almaniyanın Auqsburq universitetləri arasında bağlanmış müqaviləyə əsasən dost ali məktəbin professoru, doktor Klaus Volf və Vürtsburq Universitetinin professoru, Osvald von Wolkenstayn Cəmiyyətinin sədri, professor Ziglinde Hartman hər tədris ilində iki dəfə germanistika ixtisası üzrə təhsil alan tələbələrə “Orta əsr alman ədəbiyyatı”ndan mühazirələr oxuyurlar.

Qeyd edək ki, 2017-ci il martın 3-4-də Germanistika İnstitutunda “Alman dili və ədəbiyyatında multikultural və transkultrual tədqiqatlar” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında